Heç kimə sirr deyil ki, son zamanlar abort halları cəmiyyətimizdə böyük problemlərdən biri halına çevrilib, lakin bu haqda geniş danışılmır, müzakirəyə çıxarılmır. "Durex" problemi aktuallaşdırmaq və qarşısının alınması üçün qoruyucudan istifadəni vurğulamaq üçün sosial media üzərindən kommunikasiyasını gücləndirməyə qərar verib. Bu məqsədlə vizuallar hazırlanmışdır. İş "MaxCreative" reklam agentliyi tərəfindən həyata keçirilmişdir.

