Ötən həftələrdə Android əməliyyat sisteminə malik istifadəçilər üçün pulsuz zəng funksiyasını təqdim edən Whatsapp, bu funksiyasını "iPhone"da da istifadəyə verib. "Skype" və "Viber"ə bənzəyən bu xidmət sayəsində istifadəçilər, "Whasapp"ı istifadə edərək ölkə məhdudiyyəti olmadan internet bağlantısı ilə səsli danışıq apara bilərlər.



Yeni funksiyanı "iPhone"da istifadə etmək üçün "Whatsapp"ın yeni variantını "App Store"dan yükləmək lazımdır. Bu prosesin ardından Whatsapp sözügedən xüsusiyyəti avtomatik olaraq istifadə etməyinizə icazə verir. Şirkət, bu xüsusiyyətin hər "iPhone"a gəlməsinin bir qədər zaman alacağını bildirir.



"Whatsapp"ın istifadəyə təqdim etdiyi xüsusiyyət hazırda bir çox şirkət tərəfindən təmin edilir. "Whatsapp"ın bu həmləsinin arxasında uzunmüddətli ödənişli modelə keçəcəyi iddia edilir. Ötən il 19 milyard dollara Facebook tərəfindən satın alınan "Whatsapp"ın belə bir həmlənin ardından ciddi bir istifadəçi itkisi yaşaya biləcəyi düşünülür.