7-10 May 2015 –ci il tarixində Fransanın Qrimo şəhərində, Sen-Trope buxtası “Harley Davidson” şirkətinin təşkilatçılığı ilə Avropa Baykerlərinin növbəti Moto festivalı keçiriləcəkdir. Həmin Festivalda Avropadan və dünyanın digər yerlərindən çoxlu sayda baykerlərin iştirakı gözlənilir. Bu cür Moto Festivallar əsl dostluq və beynəlmiləlçilik atmosferində keçir.



Harley Sahiblərinin Land of Fire Azərbaycan Birliyi üzvləri (Free Chapter “Land of Fire” Azerbaijan) həmin Festivalda ikiqat səylə iştirak edəcəklər – cünki Avropa Baykerlərin növbəti Moto Festivalında məhz bu il iştirak –12-27 İyun tarixlərində doğma Odlar Yurdumuzda keçiriləcək İlk Avropa Oyunlarını (#BAKU2015) təbliğ etmək üçün gözəl fürsətdir və hər bir Azərbaycan vətəndaşı kimi, Land of Fire birliyinin üzvləri həmin Oyunların təbliğ edilməsinə öz tövhələrini vermək arzusundadır.



Belə ki, Azərbaycanda keçiriləcək İlk Avropa Oyunlarının (#BAKU2015) təbliği və Azərbaycanın tarixi və mədəni irsinin, Azərbaycan həqiqətlərinin və son illərdə ölkəmizdə baş vermiş bir çox dəyişikliklərin və nailiyyətlərin təbliği və tanınması məqsədi ilə 25 Aprel 2015-ci il tarixində Land of Fire birliyinin yeddi üzvü doğma Bakımızdan Fransanın Qrimo şəhərinə moto yürüş edəcəklər Yürüş iştirakçıları iki qrupa bölünərək Türkiyə və Ukrayna ərazisi ilə hərəkət edərək, İtaliyanın Genuya şəhərində görüşüb, oradan Qrimo şəhərinədək birlikdə yola davam edəcəklər. Ümumilikdə Moto yürüş iştirakçıları 12 ölkə ərazisindən (Azərbaycan daxil olmaqla) Azərbaycan bayrağını qürurla aparacaqlar. Həmin ölkələr arasında Gürcüstan, Ukrayna, Macarıstan, Sloveniya, İtaliya, Fransa, Xorvatiya, Monteneqro, Serbiya, Bolqarıstan və Türkiyə. Moto yürüş istirakçılarna uğurlar və hamar yollar arzu edirik!