Bakıda dizayn və incəsənət sahələrinin tədrisi və onların yerli bazarda inkişaf etməsi məqsədi ilə Baku Design School adlı məktəb acılıb. Məktəb ilk tədris sahəsi kimi "İnteryer dizayn" sahəsini seçib.
Bu qeyri-adi məktəbin təşkilatcıları olan Bakhshiyev studio dizayn studiyası tərəfindən aldığımız məlumata görə məktəb, Aprel ayının 27-i dərslərdə iştirak etməyi arzu olan hər kəs üçün açıq dərs günü elan edilib.
Dərslərdə iştirak edəcək ilk 10 nəfər üçün endirimlər nəzərdə tutulub. 21.04.2015 tarixindən etibarən qeydiyyata start verilmişdir. Test qrupları Beginner və Advanced şəxslərə daha uyğundur. Tətbiq olunan güzəştli qiymətlər isə ilk tələbələr üçün bir fürsət kimi qiymətləndirilir. Dərslərə həftədə 2 dəfə olmaqla 30.04.2015 tarixindən start veriləcək. Tələbələr tədrisin sonunda Final imtahanları verib müvafiq sertifikatlar ala biləcəklər. Eyni zamanda məktəb dərslər üçün qiymətli bonuslar nəzərdə tutub! Qeydiyyatla və suallara bağlı 050 2440237 əlaqə nömrəsinə zəng vura bilərsiniz.
