Süleyman Əliyev, Agentliyin Layihə Rəhbəri: "Artıq korporativ saytların vaxti keçib, istifadəçilər gündə minlərlə məlumat axtarışındadılar. Yeni digital agentlik axtaranda, Google edib, 5-6 sayta baxırlar. Agentliyin işləri, müştərilərinin nüfüzu və naliyyətlərini dəyərləndirərək, onunla iş birliyi qurmağı qərar verirlər. Bunu nəzərə alaraq, biz agentliyin fəaliyyətini öz aramızda "1 dəqiqəlik tanıtım" adlandırdığımız prinsipə uyğun olaraq qurduq.



Bunun üçün portfolioda yalnız son 10 müştərinin logolarını yerləşdirdik, son bir neçə ən sevdiyimiz işlərimizi və korporativ sosial məsüliyyət sahəsində qürur duyduğumuz layihələri yerləşdirmişik. İnsan sayta girir və 1 dəqiqədə, bizi tanımış və bizim haqda təsurat formalaşdırmış olur. Və bizim işləri bəyənirsə, bizə müraciət edir".



Vüqar Səfərov, Agentliyin direktoru: "Biz first scroll (sayt açılarkan görsənən ilk sahə) haqda çox düşünürdük, hansı mesaji verək, fərqimiz nədədir, nə ilə yadda qalmaq istədiyimizi müəyyənləşdirirdik. Və qərara gəldik ki, ən vacibi olan, beynəlxalq jüri-nin professional qiymətləndirməsini qabartaq. Biz, "Dünyanın ən nüfuzlu veb mükafatı "AWWWARDS"ın və həmçinin Golden Crown Award və yerli Netty və Millinetin qalibiyik" və bunu insanlara ilk növbədə çatdırmağımız, bizim komandanın professional olmasını vurğulayır".