Facebook sosial şəbəkəsi yeni tətbiqini təqdim etdi. "Facebook"un təqdim etdiyi proqram futbol mükafatı tətbiqidir. İngiltərə "Premier League"nı əsas götürərək edilən yarışmada Facebook istifadəçiləri, səsləriylə sevdiyi oyunçuları, klubları və baş məşqçiləri dəstəkləyir.
Oyun "Facebook"un Football on Facebook adlı səhifəsində yerləşdirilib. Premier League, 2014 - 2015-ci il mövsümünün ən yaxşılarını Facebook istifadəçilərinin səsverməsi nəticəsində təyin edəcək.
Səs vermədə İlin Oyunçusu, İlin Gənc Oyunçusu, İlin Komandası, İlin baş məşqçisi, İlin 11-i, İlin Futbol pərəstişkarı və klubların sosial mediada paylaşdıqları məzmunları dəyərləndirilərək İlin Məzmunu seçiləcək. Bildiyiniz kimi "Twitter"də də bir müddət əvvəl hansı ölkələrin ən çox hansı "Premier League" komandasını təqib etdiklərinə dair bir interaktiv xəritə nəşr olunmuşdu. Bu da sosial mediada futbolun olduqca çox danışılan bir mövzu olduğunu və sosial şəbəkələrin də bu cür tələblərə qarşı xüsusi səy sərf etdiklərini sübut etmiş olur. May ayının 11-nə qədər davam edəcək olan səsvermə layihəsi boyunca Facebook istifadəçiləri Premier League mükafatlarını alacaq adları təyin edəcək.