Apple şirkəti ağıllı saatı "Apple Watch"un tanıtımı üçün reklam çarxı təqdim etdi. Hal-hazırda istifadəçilərə "AppStore"un 3 min tətbiqi əl çatandır. Apple üç reklam çarxında ağıllı saatı "Apple Watch"u real həyat tərəfdaşına çevirir. Cihaz insanları birləşdirir, işləri asanlaşdırır, əlamətdar günləri yada salır, sağlamlığa nəzarət etməyə kömə edir ümumiyyətlə demək olar ki, hər bir işdə yardımçı olur. Xatırladaq ki, Apple Watch üç variantda təqdim olunub: Sport idman modeli, adi Watch modeli və yüksək təbəqə üçün Edition. Ən ucuz variant isə 349 ABŞ dolları dəyərindədir.