“Jumeirah Bilgah Beach Hotel” sayca üçüncü ad gününü keçirərək yay mövsümünün açılışını elan edir. Azərbaycan paytaxtında, Xəzərin sahilində yerləşən “Jumeirah Bilgah Beach Hotel” qonaqlara müasir tələblərə cavab verən, möhtəşəm dəniz mənzərəli otaqlar, yüksək səviyyəli restoranlar, dəbdəbəli spa kompleksi, hovuzlar, akvapark və əlbəttə ki, dəniz sahilində istirahət təklif edir. Hotel yalnız yerləşdiyi mövqeyə görə deyil, həm də təklif olunan yüksək səviyyəli xidmətlərə görə Bakı sakinləri və şəhərin qonaqları arasında şöhrət qazanıb.



Yay mövsümündə qonaqlar təravətli dəniz havasından, o cümlədən parkda, şam ağaclarının kölgəsində və mənzərəli bağçalarda günəşin parlaq şüalarındanhəzz ala bilərlər. Hotelin restoranlarında və spa kompleksdə qonaqlara nəfis təamlı mətbəx nümunələrindən zövq alaraq müalicəvi proseduralardan faydalanmaq imkanı təklif olunur. Yay mövsümündə hotelin yeni təyin olunmuş baş aşpazı, çoxsaylı peşəkar mükafatlara layiq görülmüş Jan-Mişel Arduen-Atlan və onun komandasının rəhbərliyi altında beş yeni birinci dərəcəli restoran və bar öz qapılarını qonaqlar üçün açacaq. “Yuukai” restoranı bütünlüklə yay mövsümü boyunca 3600Xəzər dənizi mənzərəsi ilə əhatə olunmuş zalında qonaqları müasir Asiya mətbəxi incilərindən dadmağa dəvət edir. Yeni menyu və artıq şöhrət qazanmış bazar günü brançı ən tələbkar yemək həvəskarlarını belə heyrətləndirəcək.



Milli mətbəx həvəskarları internasional və Azərbaycan kulinariyasının şah əsərlərini “Üzük”restoranında qeyri-rəsmi, kurortun bağçaları ilə əhatə olunmuş zövqlü mühitdə layiqincə dəyərləndirə biləcəklər. Hər həftə keçirilən barbekyu və tematik axşamlar ləziz yeməklərin müxtəlifliyini təmin edəcək. Hotelin özəl çimərliyinin qayalıqlarının yuxarı hissəsi boyunca yerləşmiş“Promenade”restoranı dostlarla görüşmək üçün xoş bir məkan axtaran, ləziz təamlardan dadmaq və ya sərinlədici içkilərdən içərək Xəzər dənizinin heyranedici mənzərəsindən zövq almaq istəyənlər üçün əsl cənnətdir. Azərbaycan mətbəxinin ənənəvi yeməklərini, steyk və dəniz məhsullarını özündə birləşdirən yeni menyu bütün qonaqların zövqünü oxşamağı vəd edir. “Piano Lounge”da xoş ab-havada dincələrək yüngül qəlyanaltı etmək və ya nahar sonrası qəhvə içmək imkanı təklif olunur.



Royalın həzin musiqi sədaları və ləziz Azərbaycan çayı uzunsürən uçuşlardan sonra istirahət etməyə yardımçı olacaq. Aralıq dənizi mətbəxinin təamlarını terrasa malik və açıq hovuz görünüşlü “T-Café”də dadmaq olar. Burada menyuda yalnız sağlam qida və yerindəcə hazırlanmış geniş çeşidli içkilər təklif olunur. Güclərini bərpa etmək və tamlıqla istirahət etmək istəyən qonaqlar dəbdəbəli “TaliseSpa”kompleksində müxtəlif proseduralardan keçə bilərlər. Burada müasir idman ləvazimatları ilə təchiz olunmuş idman zalına malik fitnes mərkəzi, ənənəvi türk və fin saunaları, hamamlar, isitmə funksiyasına malik termal çarpayılarla təchiz olunmuş relaksasiya zonaları, qapalı və açıq hovuzlar fəaliyyət göstərir. Ənənəvi olaraq, “Jumeirah Bilgah Beach Hotel” yay mövsümündə həm də Bakının gecə həyatı mərkəzinə çevrilir.



Cümə günündən bazar gününədək “Equinox Beach Club”datanınmış DJ su dərinliklərini “partladan” özəl şou ilə çıxış edəcək, eyni zamanda, burada canlı musiqi ifaları da olacaq. “Jumeirah Bilgah BeachHotel”də hər kəs üçün maraqlı olacaq xüsusi akvapark yerləşir. Hər bir kəs sürüşmək üçün nəzərdə tutulmuş 11 cığırdan birini seçərək eniş zamanı həyəcan yaşadacaq hisslərdən zövq ala bilər. Qonaqlar“Waterpark”da növbənöv ləziz qəlyanaltılardan dadaraq aclığa güc gələ bilərlər. Akvapark mövsüm boyu hər gün fəaliyyət göstərir və hotelin sakinlərini, o cümlədən qonaqlarını bu cür aktiv istirahətə dəvət edir.



Jumeirah Bilgah Beach Hotel haqqında:



Xəzər dənizinin 300 metrlik sahil zolağı boyu yerləşmiş “Jumeirah Bilgah Beach Hotel” Bakıda açılmış lüks sinfinə aid ilk beynəlxalq hoteldir.Bu müasir kompleksdə 176 lüks otaq və syuit, həmçinin 14 kottec yerləşir. Hotel kompleksdə müxtəlif restoran və barlar, qəbul otaqları olan konfrans mərkəzləri, çoxfunksiyalı sahə, özəl görüşlər üçün otaqlar, akvapark, çimərlik, müalicəvi klub və spa, tennis, futbol, voleybol və basketbol meydançaları, o cümlədən boulinq və gecə klubu fəaliyyət göstərir.



Jumeirah Group haqqında:



“Jumeirah Group” – “Dubai Holding”ə daxil olan qlobal lüks sinifli hotel şirkətidir. Holdinqin portfelinə flaqman “Burj Al Arab Jumeirah” hoteli ilə bərabər beynəlxalq səviyyəli hotel və rezortlar daxildir. “Jumeirah Hotels & Resorts”un Dubay, Əbu-Dabi, Küveyt, Bakı, Bodrum, Frankfurt, İstanbul, London, Mayorka, Roma, Maldiv və Şanxayda biznesi mövcuddur. Bundan başqa, “Jumeirah Group” London və Dubayda “Jumeirah Living” TM brendi altında lüks sinifli iqamətgahlar; yeni müasir “Venu” hotel brendi; cavanlaşma üzrə brend olan “Talise”; “Jumeirah Restaurant Group Dubai” restoranlar qrupu; “Wild Wadi Waterpark” TM akvaparkı; “The Emirates Academy of Hospitality Management” qonaqpərvərlik üzrə menecment akademiyası; “Sirius” TM qlobal proqramı təklif edir. Gələcəkdə Çində, Hindistanda, İndoneziyada, İordaniyada, Mərakeşdə, Omanda, Rusiya və BƏƏ-də lüks hotellərin açılışı planlaşdırılır. www.jumeirah.com