26-27 May, ölkənin ən böyük Marketinq tədbiri olan, "Milli Marketinq Forumu" artıq üçüncü ildir ki, keçiriləcək. Forumda ölkənin aparıcı marketinq eskpertləri praktik təqdimatlarla çıxışlar edəcəklər. Bu il keçirəcələcək forumda iştirakçıları çox maraqlı bir surpriz gözləyir. Tanınmış marketoloq İlkin Manafov "Milli Marketinq Forumu"nda ilk dəfə olaraq özünün "360 dərəcədə brendinq" kitabının təqdimatını edəcək. 360 dərəcədə brendinq kitabı ana dilimizdə ilk brendinq kitabı olmaqla yanaşı 3 fərqləndirici xüsusiyyətə malikdir. Belə ki, ana dilimizdə ilk brendinq kitabının fərqlilikəri aşağıdakılardır:



1. "360 dərəcədə brendinq" kitabında, məhşur Azərbaycan brendlərinin marketinq keysləri təhlil edilir və konkret olaraq, müəllifin nəzərə nöqtəsi öz əksini tapır


2. "360 dərəcədə brendinq" kitabında, xüsusi bir konsepsiya var. Belə ki, kitab fərdiləşdirilmiş brendinq kitabıdır. Kitabda hər fəsildən sonra, oxucu üçün yerlər qoyulub. Burada olan məlumatları oxucu özü yazmalıdır. Kitab oxucunun fərdiləşdirilmiş brendinq kitabı funksiyasında olacaq


3. "360 dərəcədə brendinq" kitabında, İlkin Manafovla birlikdə ölkənin 10 aparıcı marketinq ekspertinin fikirləri öz əksini tapır. Belə ki, müəllif kitab daxilində 10 ekspertə müraciyyət edərək marketinq haqqında sullarla müraciyyət etmişdir



Kitabın əsas konsepsiyası "Azərbaycanda uğurlu marketinq və biznes karyerası qurmaq üçün nə lazımdır?" suallının üzərində qurulur. Ümumi olaraq kitab 360 səhfədən ibarətdir. Müəllif bu suala cavab vermək üçün, brend menecerin şirkətdə işə başlamasından, güclü brend qurmaq və ya şəxsi inkişaf etməsinə qədər olan butün akpektləri praktik cəhətdən yanaşmışdır. Kitabda Azərbaycanda yaradılmış brendlərinin əsas üstünlükləri, onların bugün bazarda liderlik və ya liderlikdən düşmə səbəbləri təhlil edilir.



"360 dərəcədə brendinq" kitabı əsasən, marketinqlə məşğul olan orta menecerlər, brendinq fəaliyyətinə maraqları olan gənclər və öz biznesini qurmaq istəyən sahibkarlar üçün nəzərdə tutulmuşdir. Kitab oxunaqlı tərzdə yazılmışdır və ümumi dizaynı minimalistik stildədir. Nəzərinizə çatdırıq ki, ana dilimizdə ilk brendinq kitabı, hələlik kütləvi satışda olmayacaq və Milli Marketinq Forumunun iştirakçıları üçün özəl formada dərc etdirilir. Kitab müəllifi, İlkin Manafov iqtisad üzrə elmlər namizədə (fəlsəfə doktoru) olmaqla yanaşı, Marketinq AİR praktik marketinq təliminlərinin, Milli Marketinq Forumun, FMR TV-in, həmtəsisçisi, German Studio və Evin mağazalar şəbəkəsinin sahibidir. Həmçinin, İlkin Manafov ölkədə ən oxunaqlı şəxsi biznes bloq aparır.