"Canon" şirkətinin son reklam çarxında iki macəra sevən şəxs Dubayda 355 metr yüksəklikdə bir binaya dırmanır və marka istehlakçılara "gəl və gör" deyərək səslənir. Reklam çarxında iki Rus fotoqraf Vadim və Vitaliy bu esktra yüksəkliyə çıxaraq möhtəşəm mənzərənin fotoşəkillərini çəkməyi qarşısına məqsəd qoyur. Eyni zamanda yüksəkliyə dırmanma işi ilə də məşğul olan bu ikili dünyanın ən yüksək oteli "JW Marriott Marquis Hotel"inin 72-ci qatına dırmanır. Kampaniya online, çap və outdoor istiqamətlərində həyata keçirilərək cəsarətli insanları kəşf edəcək.