“British Airways” aviaşirkəti Londondan Malayziyanın paytaxtı Kuala-Lumpura birbaşa reysləri başlamaqla uçuş coğrafiyasını genişləndirir. “British Airways”in yeni açılmış istiqaməti üzrə ilk təyyarəsi mayın 28-də Kuala-Lumpur beynəlxalq hava limanında yerli vaxtla 14:35-də eniş edib.



Uçuşlar gündəlik olaraq növbəli şəkildə uzun məsafələrə uçuş üçün nəzərdə tutulmuş və sərnişinlərə dörd sinif salon – mükafatlara layiq görülmüş yataqlarla təchiz olunmuş Birinci sinif və “Club World” biznes kabinələri, “World Traveller Plus” premium ekonom və “World Traveller” ekonom kabinələri - təklif edən Boeing 777-200ER təyyarəsi vasitəsilə həyata keçirilir. Hollivud aktrisası Tan Sri Mişel Yeo, dünyaca tanınmış malayziyalı dəb dizayneri Datuk Cimmi Ço və britaniyalı super-model Corciya Mey Caqqerin iştirakı ilə “British Airways”in Malayziya istiqamətində uçuşlarının başlanmasına həsr olunmuş və cümə axşamı Kuala-Lumpurda keçirilən nağıl mövzulu foto sessiya şirkətin bu yeniliyinə əlavə qlamur və parlaqlıq qatıb.



Kuala-Lumpur möcüzəli bir məkandır. Burada gəzməli-görməli çox yer var: bütün şəhər boyunca səpələnmiş tarixi abidələr, çoxlu incəsənət qalereyaları, tanınmış qida mağazalarının yerləşdiyi küçələrdə ləziz delikateslərdən dadmaq olar. Yeni reysin açılışını təntənəli şəkildə qeyd etmək üçün “British Airways” 28 May - 30 Noyabr aralığında Kuala-Lumpurdan London, Böyük Britaniya və Avropaya uçuşlara 860 ABŞ dollarından başlayan xüsusi qiymətlər təklif edir. Əlavə məlumat üçün “British Airways”in veb-səhifəsini ziyarət edin ba.com.



“British Airways” haqqında:



• A380 təyyarəsi Londonun Hitrou hava limanının 5-ci terminalından San-Fransisko istiqamətində həftədə 5 dəfə olmaqla uçuşlar yerinə yetirəcək. Yeni A380-nin xidməti ilə “British Airways” aviaşirkəti San-Fransisko istiqamətində ümumilikdə artıq həftədə 14 uçuş həyata keçirəcək


• “British Airways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir


• Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir


• Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir


• Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır


• “British Airways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir


• “British Airways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır


• “British Airways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb