Mobil şəbəkələrdən ancaq səsin ötürülməsi üçün istifadə olunduğu vaxtları xatırlayırsınız? Bu gün ilə müqayisədə daha sadə vaxtlar idi, şəbəkə nəzarəti daha sərt idi, gəlirlər daha böyük idi, rəqiblərin sayı isə daha az. Hazırda mobil rabitə operatorları da servis-provayderlərin yaşadığı dəyişiklikləri yaşayır, həm də çox sürətlə. Mobil şəbəkələr istifadəçilər üçün rabitənin geniş imkanlarını təqdim etməlidir.



Beynəlxaıq mobil rabitə şəbəkələri üçün avadanlıqlar təchizatçıları assosiasiyasının (Global mobile Suppliers Association, GSA) məlumatlarına görə, 2014-cü ilin sonuna qədər 124 ölkənin 360 mobil operatoru LTE şəbəkələrini və müvafiq servisləri kommersiya istismarına verdi. Lakin onlardan yalnız 14-ü LTE üzərindən səsin ötürülməsi servisini kommersiya istismarına verdi (VoLTE). Səs rabitəsi ən məşhur mobil servis olaraq qalmaqdadır, lakin LTE-sistemlər tamamilə İP protokol əsasında fəaliyyət göstərir və kanallar kommutasiya funksiyalarına malik deyil. "VoLTE"nin tətbiqi mürəkkəb bir prosesdir və bu sahədə ixtisaslaşmış kadrların çatışmazlığı həmin prosesin sürətini aşağı salır. “Spark New Zealand” şirkəti (bütün Yeni Zelandiya ərazisində xidmət göstərir) üçün səs rabitəsi əsas gəlir mənbələrindən biridir, lakin elə bu şirkət də bütün sahənin qarşılaşdığı oxşar problemlərlə üzləşir: “Skype”, “WhatsApp” və “Facetime” kimi müstəqil servislərin (over-the-top, OTT) təzyiqinə məruz qalır.



Biznes-istifadəçilərin artan tələblərini qarşılayaraq “Spark” konfrans rabitəsinin masaüstü kompüterlərlə inteqrasiyası kimi əlavə xidmət növlərini tətbiq etməyə başlamışdır. Şirkətin rəqəmləşmə planının reallaşdırılması zamanı perspektivli “Spark Voice Network” konsepsiyasının ən vacib nöqtəsi sabit və mobil səs servislərinin konvergensiyasıdır. Tələb edilən tətbiqetmələrə və funksiyalara uyğun olaraq Yeni Zelandiya operatoruna təyinatını dinamik şəkildə dəyişə bilən arxitektur tələb olunurdu. Operatora şəbəkə funksiyalarının virtuallaşdırılması (Network Function Virtualization, NFV) və şəbəkənin tələblərinə əsasən funksiyaların dinamik şəkildə uyğunlaşdırılması imkanlarına ehtiyacı var idi. Yeni Zelandiya şirkətində çalışan həmkarlarılə birgə Cisco mütəxəssisləri strategiya, reallaşdırma cədvəli və miqyaslana bilən struktur işləyib hazırlayaraq, “Spark Future Voice” konsepsiyası üçün əsas hazırlamışdılar.



Layihə servislərin çevikliyinə və sürətinə nail olmağa imkan verən “Agile” metodologiyası üzrə hazırlandı ki, bu da perspektivli “Spark” əməliyyat modelinin mühüm amillərindən biri hesab edilir. Şəbəkənin gələcək miqyaslanması onun “bulud”da yerləşdirilməsilə təmin olunurdu. “Telco Cloud” həllini reallaşdırarkən Cisco şirkəti “Spark New Zealand” şirkətinə eyni əməliyyat modeli çərçivəsində səs rabitəsi, videonun ötürülməsi, mobil rabitə şəbəkəsinin paket dayaq və abunəçilərə xidmət siyasətinin idarəedilməsi funksiyaları, GiLAN və s. kimi servislərin tələbi əsasında “bulud”un etibarlılığını, miqyaslanma imkanını və ona əlçatımlılığı özündə əks etdirən nadir bir arxitekturu təklif etdi. Bu arxitektur yeni texnologiyaların tətbiqini və yeni servislərin istismara verilməsini sürətləndirir, əməliyyat xərclərini azaldır, həmçinin vahid telekommunikasiya infrastrukturu çərçivəsində VoLTE, VoİP, video və verilənlərin ötürülməsi servislərinin konvergensiya göstəricilərini yaxşılaşdırır.



"Cisco"nun "Telco Cloud" həlli aşağıdakıları daxil edir:



1. "Cisco"nun virtuallaşdırılmış şəbəkə infrastrukturu, tətbiqetmələrin idarə edilməsi və nəzarət


2. Mobil şəbəkənin paket nüvə funksiyalarının reallaşdırılması üçün Cisco Virtualized Packet Core (VPC) və Cisco Policy Suite texnologiyaları


3. Şəbəkə nüvəsinin funksiyalarını “bulud”a daşıyan virtuallaşdırılmış Metaswitch Virtualized IP Multimedia Subsystem (vIMS) altsistemi


4. Virtuallaşdırılmış “OpenCloud Virtualized Application Server” tətbiqetmələr serverinin funksionalı


5. Cisco Services bölməsinin VoLTE-nin layihə öncəsi hazırlığı, layihələşdirməsi və sistem inteqrasiyası üzrə xidmətləri



Cisco və “Spark New Zealand” şirkətlərinin əməkdaşlığının nəticəsi kimi nüvədə şəbəkə funksiyalarının viruallaşdırılması və “Telco Cloud” “bulud”undan uyğunlaşdırmalı heterogen şəbəkənin keçici arxitekturası yaradılmışdır. HD Voice və VoLTE servislərinin Yeni Zelandiya operatorunun şəbəkəsində uğurlu inteqrasiyası “Cisco Advanced Services” sistem inteqrasiyası funksiyalarının yardımılə reallaşdırılmışdır. 4G mobil şəbəkəsində səs rabitəsinin və yüksək icazəli videoların uğurlu sınağı “Spark New Zealand” üçün bir nəticə oldu. Bununla da konvergent sabit və mobil servislər üçün gələcəyin tamamilə rəqəmli şəbəkələrinin başlanğıcı qoyulmuşdur. “Cisco Advanced Services” mütəxəssislərinin yardımılə Yeni Zelandiya operatoru özünün VoLTE layihəsini sadə bir kağız konsepsiyasından tam virtuallaşdırılmış VoLTE/NFV infrastrukturuna çevirdi və 14 həftə sonra onu geniş ictimaiyyətə nümayiş etdirdi.