Koreyalı agentlik Innored, kosmetika markası "IOPE"nin "Air Cushion" məhsulunun təqdimatı üçün maraqlı və əyləncəli bir yol seçdi. Koreyalı qadınların dərilərinin təbii bir gözəlliyi olduğunu qəbul edib yola çıxan agentlik, həyatda bu gözəlliyin, Koreyalı qadınların makiyaj mövzusundakı qabiliyyətlərindən də qaynaqlandığını söyləyir. Əlbəttə, bunda istifadə etdikləri yaxşı növ kosmetika məhsulların da təsiri böyükdür.
Markanın, "Air Cushion" məhsulunu dəriyə tətbiq etmək üçün 30 saniyənin yetərli olduğu iddiası üzərinə, Koreyalı qadınların bu qabiliyyətini fərqli bir mühitdə test etməyə qərar verən agentlik bir qadından, cazibə qüvvəsinin sıfıra endirildiyi bir hava şəraitində markanın kirşanını istifadə etməsini istəyir. Nəticədə izləyicilərə çox əyləncəli bir reklam çarxı təqdim olundu.