"Nissan" şirkəti kişilərin ən böyük iki sevdası olan avtomobil və futbolu bir araya gətirərək maraqlı reklam çarxı təqdim etdi. Yaponiyanın ikinci ən böyük avtomobil şirkəti olan Nissan, futbolsevərlərin bildiyi kimi "UEFA Çempionlar Liqası"nın rəsmi sponsorudur. Bu yaradıcı reklam çarxında "NT400" yük maşınlarının arxası futbol sahəsi halına gətirilərək "Truckerball" oynanılır. "Həyəcan Verici Yenilik" (Innovation That Excites) şüarını texnologiyasından marketinq kampaniyalarına qədər hər sahədə hiss etdirən Yapon nəhəngi, bu layihə üçün "TBWA / Paris, France" ilə birlikdə çalışmışdır.