Azərbaycanın ən böyük onlayn kredit sifarisi portal olan alkredit.az saytının növbəti əməkdaşlığı Bakcell "Ulduzum" layihəsilədir. "Alkredit.az" saytı kredit məhsullarının axtarışını və müqayisəsini rahat və səmərəli şəkildə həyata keçirmək üçün yaradılmış saytdır. Bundan sonra Bakcell müştərisi olan hər bir kəs 5555 – ə "kredit" yazib yollayaraq "alkredit.az"ın xidmətlərindən telefonda da yararlana biləcək.



Ulduzum istifadəçiləri Kapital Bank, Bank of Baku, Unibank və Demirbank kimi ölkənin ən böyük banklarına kredit sifarişini telefonuyla edə biləcək və bu xidmətdən pulsuz yararlanacaqlar. Eyni zamanda kredit kartları və taksit kartlara da buradan müraciət etmək mümkündür. Alkredit.az olaraq genişlənən xidmət sferamızda məqsəd xidmət səviyyəsinin yüksəldilməsi və vətəndaşlar üçün kredit sifarişlərinin sadələşdirilməsidir. Qeyd edək ki, şirkətin "Park İnn" hoteldə baş tutan "Financial İnnovation Forum 2015"də açıqlamasına görə, yalnız bu il alkredit.az portalı vasitəsilə onlayn kredit müraciətinin həcmi 42 milyon manata, istifadəçilərin sayı isə 15000-ə çatmışdır.