30 iyulda Redmondda (Sietl, Vaşinqton ştatı) yerləşən “Microsoft” şirkətinin əsas ofisinin tələbələr arasında “Microsoft Imagine Cup 2015” beynəlxalq innovasiyalar müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bildirdiyimiz kimi, müsabiqədə bütün dünya ölkələrindən 33 komanda və onların içində ilk dəfə Azərbaycan təqdim edilmişdi. Bakıdan olan NoObs komandası bluetooth-tənzimçilərin dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan “Windows Phone” platformalı smartfonlar üçün proqram təminatı olan Spinal layihəsini təqdim edib.



“NoObs” komandası Yüksək Texnologiyalar Parkı (“High-Tech Park”) ilə birgə “Microsoft Azerbaijan” şirkəti tərəfindən keçirilmiş “Imagine Cup” lokal seçim turunun qalibləridirlər. Komandanın iştirakçıları Bakı Dövlət Universitetinin və «Xəzər» Universitetinin tələbələridir: Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalar. Müsabiqə üç kateqoriya üzrə keçirilib: “World Citizenship” (“Dünya vətəndaşlığı”, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr), “Games” (“Oyunlar”) və “Innovation” (“İnnovasiyalar”). Hər kateqoriyada qaliblərin siyahısını diqqətinizə çatdırırıq.



“Innovation”:



Birinci yer: Braziliyadan “eFitFashion” komandası.“Clothes for Me” layihəsi


İkinci yer: “NoObs” komandası, Azərbaycan. “Spinal” layihəsi


Üçüncü yer: Eyni adlı layihəylə Böyük Britaniyadan “Syimb” komandası.



“World Citizenship”:



Birinci yer: Avstraliyadan “Virtual Dementia” komandası. “Virtual Dementia Experience” (VDE) layihəsi


İkinci yer: Sinqapurdan “Mozter” komandası


Üçüncü yer: Yunanıstandan “Prognosis” komandası



“Games”:



Birinci yer: Rusiyadan “IzHard” komandası. “Ovivo” oyunu


İkinci yer: “Kuality Games”, Hollandiya. “Bounce’em up” oyunu


Üçüncü yer: “Thief”, Çin. “Lost Shadow” oyunu



Birinci, ikinci və üçüncü yerləri tutmuş mükafatçılar layihənin sonrakı inkişafına Microsoft şirkətindən 50, 10 və 5 min dollar məbləğində qrant aldılar. Hər üç kateqoriya qalibləri 31 iyulda Sietldə “World Championship Final” yarışında mübarizə aparacaqlar. “Imagine Cup” haqqında daha ətraflı müsabiqənin rəsmi web-səhifəsində əldə edə bilərsiniz.