"Liverpool" futbol klubunun ulduz oyncuları "Nivea"nın kişilər üçün xüsusi olaraq təqdim etdiyi nəmləndirici kremi olan "Nivea Man" məhsulunun reklamında rol aldı. 30 saniyə davam edən reklam çarxında Philippe Coutinho, Adam Lallana və Martin Skrtel kimi ulduz futbolçular iştirak edib. Yaradıcı agentliyi FCB Inferno olan reklam çarxında Philippe Coutinho, Adam Lallana və Martin Skrtel kimi ulduz futbolçuların Nivea Man kremini istifadə edərkən görürük. Reklam çarxı əvvəlcə futbolçunun təkrarlanan bir gününü göstərərək üzünün məruz qaldığı xarici faktorlara diqqət çəkir.