Beynəlxalq reklam festivalı AdBlackSea BBDO, Wieden + Kennedy, Tabasco, PICNIC, Good, Next-DC və Leaving Stone nümayəndələrinin daxil olduğu "Best Idea" münsif kateqoriyasını açıqlayıb. Münsiflər heyəti iştirakçıların ən yaradıcı olan işlərini qiymətləndirəcək. "Best Idea" münsif kateqoriyasına Berlin Schoolof Creative Leadership, Almaniyanın təsisçisi və prezidenti Michael Conrad başçılıq edir. Münsiflər yaradıcı ideyaların orijinallığını və qoyulan məsələlərin həllinə innovativ yanaşmaları qiymətləndirəcək. Burada orijinal ideya hər şeydən üstündür.
"Best Idea" münsif kateqoriyası:
Michael Conrad: Berlin School of Creative Leadership, almaniyanın prezidendi (münsiflər heyətinin sədri)
Alex Pallete: Chief Strategy Officer, PICNIC, İspaniyanın təsisçisi
Evgeny Primachenko: Wieden + Kennedy, Niderlandın kreativ direktoru
Grigoriy Sorokin: Good, Rusiyanın kreativ direktoru
Igor Kirikchi: BBDO Group, Rusiyanın aparıcı direktoru
Indrek Viiderfeld: Tabasco, Estoniyanın kreativ direktoru
Levan Lepsveridze: Leaving Stone, Gürcüstanın kreativ direktoru və partnyoru
Momchil Zakhariev: Next-DC, Bolqarıstanın kreativ direktoru
Bu müsabiqənin münsiflər heyəti beynəlxalq səviyyəli ixtisaslaşmış şəxslər olacaq. Buna görə də müsabiqəni izləməyə davam edin. Yaxın günlərdə digər iki kateqoriyanın münsif heyəti də bəlli olacaq: Best Video Content & Other Branded Content və Best Design, Print & Poster. Səsvermə 24 – 25 Sentyabrda Batumidə olacaq. Qaliblər isə Sentyabr ayının 27-si elan olunacaq. Festivalda iştirak etmək üçün mütləq şəkildə rəsmi saytda qeydiyyatdan keçmək lazımdır. Festival haqqında daha ətraflı məlumat almaq və ya hər hansı suala cavab tapmaq üçün 0038(044) 490-90-30, festival@vrk.org.ua - Catherine Grabovskaya və project@vrk.org.ua - Olga Podgorski ilə əlaqə saxlamaq lazımdır.
