Sentyabrın 4-də “AGAMA communications group” və GROU agentliyinin birgə təşkilatçılığı ilə Kiyevdə Davos Kommunikasiya Forumu (“WCF Davos Kyiv 2015”) keçiriləcək. “WCF Davos Kyiv” forumun ikinci illik iclasının “Yeni kommunikasiyalar: ölkə, biznes, mətbuat və cəmiyyət” mövzusu çərçivəsində tədbir iştirakçıları növbəti məsələləri müzakirə edəcək: “Kommunikasiyalar ölkə hökuməti, dövlət, biznes dairələri, həmçinin müxtəlif cəmiyyət qrupları arasında qarşılıqlı anlaşmanı necə inkişaf etdirir?”, “Məhsuldar dialoq üçün əsas element nədir?”
“Texnoloji inkişaf, sosial və digər müasir dəyişikliklər kommunikasiyaya necə təsir edir?”. Kiyevdə keçiriləcək “WCF Davos” forumu kommunikasiyaları ölkə, cəmiyyət və şirkətin inkişafında strateji investisiya kimi görən hər kəsi sözügedən tədbirə dəvət edir. Dövlət institutları, biznes-şirkətlər, QHT və media rəhbərləri, həmçinin kommunikasiyalar sahəsinin peşəkarları bu sahədə qlobal ideyalar və çağırışları müzakirə etmək üçün Ukrayna və digər xarici ekspertlərlə görüşəcəklər.
“WCF Davos Kyiv” forumunda adları qeyd olunmuş natiqlər təcrübələri və fikirləri ilə bölüşəcəklər:
Dr. Gerlind Niehus: İctimai diplomatiya bölməsində kommunikasiyalar üzrə rəhbər, NATO
Maykl A. Qodeker: Kibertəhlükəsizlik üzrə ekspert, “Auxilium Cyber Security” şirkətinin təsisçisi və icraçı direktoru
Cianni Katalfamo: “Digital & Social Media Leadership boutique cc: catalfamo” şirkətinin rəhbəri, İtaliya
Dmitro Şimkiv: Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini
Andrey Pavelko: Ukrayna Ali Radasının büdcə komitəsinin sədri
Eliav Belotserkovskiy: İsrailin Ukraynadakı səfiri
Dmitriy Kuleba: UkraynaXarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri
Anna Hopko: Ukraynanın xarici işlər üzrə parlament komitəsinin sədri
Georgiy Baramidze: Gürcüstan parlamentinin vitse-spikeri
Tomas Frellesen: Avropa İttifaqının Ukraynadakı nümayəndə heyətinin sədr müavini
Maykl Karney: “FleishmanHillard” şirkətinin vitse-prezidenti və partnyoru
Mariya Barabaş: Ukraynanın təşviqi proqramının layihə meneceri, Ukrayna Milli İslahatlar Şurası
Yarina Klyuçkovska: “GROU” agentliyinin direktoru
Tatyana Vasilenko: “AGAMA communications”şirkətinin icraçı katibi
Mariya Fronoşyuk: Platfor.ma (Ukrayna)
Anna Derevyanko: Avropa Biznes Assosiasiyasının icraçı direktoru
Alla Savçenko: “BDO LLC”nin prezidenti və baş partnyoru
Yeva Sneyders: “Ogilvy Public Relations” şirkətinin Madrid nümayəndəliyinin baş direktoru və baş sözçüsü
Tatyana Furtseva: “WE Partners” (Ukrayna) şirkətinin ölkə meneceri və aparıcı partnyoru
Timur Xromayev: Ukraynanın Qiymətli Kağızlar və Səhm Bazarı Dövlət Komissiyasının sədri
Tatyana Puşnova: “Ukraine Today”in baş prodüseri
İvetta Delikatnaya: Ukraynanın İnformasiya Siyasəti nazirinin müşaviri
Natalya Liqaçeva: “Telekritika” layihəsinin rəhbəri
Natalya Zabolotna: “Mistetskiy Arsenal” Milli İncəsənət və Mədəniyyət Muzey Kompleksinin direktoru
Yevgeniy Qlibovitskiy: “pro.mova”nın partnyoru, media-ekspert
İqor Qayday: Fotoqraf: “Ukraynalılar. Üçüncü minilliyin başlanğıcı” foto-kitabının müəllifi
Nikolay Kobzov: “Circus Kobza”nın təsisçisi və icraçı direktoru, Ukraynanın əməkdar mədəniyyət işçisi
Denis İvanov: “Arthouse Traffic” şirkətinin direktoru
Denis Kazvan: Viktor Pinçuk fondunun kommunikasiyalar üzrə direktoru
və digər dövlət rəsmiləri, şirkət rəhbərləri, ictimai xadimlər.
Forumun gündəliyi 5 əsas sessiyadan ibarətdir:
1. Geosiyasətdə qlobal dialoq. İctimai siyasət
2. Hökumət və biznes: kommunikasiyalarda sabit əməkdaşlıq
3. İnnovasiyalar və kommunikasiyalar: məhsuldar əməkdaşlıq
4. Polyarlaşmış cəmiyyətdə mətbuat: problemin bir hissəsi və yaxud onun həlli?
5. Mədəni diplomatiya – həmrəyliyin üsulu.
Forumun plenar sessiyalarında və panel müzakirələrində iştirak haqqı: standart qiymət– 140 avro.
Xüsusi güzəştlər:
İkinci alınan biletə - 5% endirim
UAPR, EBA, IAMI və ACC üzvləri üçün - 10% endirim
Rəsmi tərəfdaşlar:
“AGAMA communications”, “Ekonomika Communication Hub”, “Focus” jurnalı, “Platfor.ma”, “LIGABiznesInform”, Avropa Biznes Birliyi, Amerika Ticarət Palatası, Kiyev-Mogilyan Biznes Məktəbi, Ukrayna İctimaiyyətlə Əlaqələr Birliyi, Beynəlxalq Marketinq Təşəbbüsləri Birliyi, “RED Communications” PR Agentliyi (Azərbaycan), “PR Institute” konsaltinq şirkəti (Belarus), “PG Communications Kazakhstan/Press Club” (Qazaxıstan), “Communication and consultants” ictimaiyyətlə əlaqələr üzrə müstəqil agentliyi (Litva) və s.
Ətraflı məlumat üçün əlaqəli şəxs:
Anastasiya Lukaşeviç, “WCFDavos Kyiv 2015” forumunun meneceri
- : +38 067 447 41 05, e-mail: davoskiy@agama-communications.com