25 Sentyabrda AdBlackSea beynəlxalq reklam festivalının axşam proqramında Gürcüstanın məşhur caz ulduzu Nino Katamadze çıxış edəcək. AdBlackSea beynəlxalq reklam festivalı 24-27 Sentyabr tarixlərində Gürcüstan, Batumidə keçiriləcək. Nino Katamadze AdBlackSea festivalının keçiriləcəyi şəhərdə doğulmuş və yaşamışdır.



Caz ulduzunun ifası 25 Sentyabra planlaşdırılır. Gürcü mahnıları dünya incəsənətində xüsusi yer tutur. Nino öz mahnılarında ölkəsinin ən yaxşılarını əks etdirib: milli xarakter, təsviredilməz səs və doğma dil. Nino böyük məmnuniyyətlə festival iştirakçıları önündə çıxış edəcək. AdBlackSea öz qonaqları üçün bir çox sürprizlər və tədbirlər hazırlayıb.



İşlərin təqdim edilməsi üçün son tarix: 4 Sentyabr


Festival proqramında iştirak etmək üçün qeydiyyatın son tarixi: 11 Sentyabr