“Rolls-Royce”un tarixində ilk dəfə olaraq şirkət yeni avtomobil modelinin təqdimatını hər hansı sərgidə və ya avtosalonda deyil online formatda həyata keçirəcək. Yeni “Rolls-Royce Dawn” kabriolet modeli dünya media nümayəndələrinə canlı olaraq Sentyabrın 8-də Bakı vaxtilə saat 18:00-da təqdim olunacaq. 20 dəqiqə davam edəcək və “Rolls-Royce”un evi sayılan Qudvuddan yüksək keyfiyyətli formatda canlı yayımlanacaq təqdimat ərzində media nümayəndələri şirkətin baş icraçı direktoru Torsten Müller-Otvosa yazılı şəkildə suallarını ünvanlaya biləcəklər.
Təqdimat mərasimini canlı olaraq izləmək və Torsten Müller-Otvosa olan suallarınızı (ingilis dilində) öncədən göndərmək üçün linkdən istifadə edə bilərsiniz: www.anewdawnformedia.com. Səhifəyə giriş əldə etmək üçün oycdnalrwsleor şifrəsini daxil edin. Qeyd edək ki, təqdimat bitdikdən sonra avtomobil haqqında ingilis və rus dillərində media üçün məlumat, həmçinin şəkillər yerləşdiriləcək. Canlı təqdimatın rəsmi səhifəsi: www.anewdawnformedia.com.