“Glenfiddich” viskisinin MDB ölkələrində brend səfiri olan Aleksandr İvçenko Azərbaycana səfəri çərçivəsində Şamaxıda barmenlər və hotel biznesinin nümayəndələri ilə görüşüb və onlar üçün master-klasslar keçirib. Görüşlər zamanı Aleksandr alkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrant tərəfindən əsası qoyulmuş və 1886-cı ildən etibarən Fidik çayının vadisindəarpa mayalanması üsulu ilə hazırlanan “Glenfiddich” şotland viskisinin zəngin tarixindən danışıb. Hazırda “Glenfiddich” dünyanın ən titullu arpa mayalanması vasitəsilə hazırlanan şotland viski brendidir.



Bu, 125 il ərzində Şotlandiyanın alkoqollu içkilər istehsal edən sonuncu müstəqil müəssisələrinin birinə sahib ailənin peşəkarlığı və mükəmməlliyə can atması nəticəsində mümkün olub. Keçirilən tədbirlər çərçivəsində “Glenfiddich” viskisinin brend səfiri sözügedən viskinin yaşlanma prosesindən, onun növ müxtəlifliyi və dad qammasından danışıb. O, həmçinin barmen və hotel biznesinin nümayəndələrinə peşəkar bacarıqların yaxşılaşdırılmasına dair bir neçə məsləhət verib. Baş tutmuş master-klass tədbirlərində ölkənin müxtəlif regionlarının aparıcı hotellərinin 70-dən çox əməkdaşı iştirak edib. Görüşlər zamanı Aleksandr İvçenko iştirakçılara ən titullu şotland viskisinin tərtibatı və təqdim olunması qaydalarını əyani olaraq nümayiş etdirib. Brend səfirin rəhbərliyi ilə qonaqlar “Glenfiddich” viskisinin ən yaxşı qarışıqlarının dequstasiyasını keçirib və içkini müxtəlif ləziz yeməklərlə dadıblar.



Aleksandr “Glenfiddich” viskisinin özəlliyi, onu fərqləndirən xüsusiyyətlər barədə iştirakçıları məlumatlandırıb. Zəngin tarixə malik içkinin istehlak sirləri ilə bölüşən brend səfir viskinin potensialının tamlıqla kəşf edilməsi və müxtəlif növ “Glenfiddich” məhsullarının fərqləri haqda danışıb. O vurğulayıb ki, “Glenfiddich” brendinin təklif olunan müxtəlif variantlarının hər biri özünəməxsus ətirə malikdir. Məhz buna görə içki prosesində qədəh xüsusi önəm kəsb edir. Düzgün seçilmiş qədəh “nosing” mərhələsindən, burun vasitəsilə qədəhin içindəki qoxuların toplanması prosesindən zövqalmanı təmin edir. Bundan başqa, “Glenfiddich”in nümayəndəsi brendin tarixi ilə bağlı az bilinən faktları bölüşüb və master-klass tədbirlərinin iştirakçılarının suallarını cavablandırıb.



“William Grant & Sons” haqqında:



“William Grant & Sons Ltd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “The Balvenie”, “Tullamore D.E.W.”, “Grant's”. Azərbaycanda brendin rəsmi distributoru “El Trade” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.