Sentyabrın 17-də “Intourist Baku Autograph Collection” hotelində tanınmış tarixçi, “Bakı sirləri” silsilə televiziya verilişlərinin müəllifi və aparıcısı Fuad Axundovun Azərbaycan blogerləri ilə görüşü baş tutacaq. Sözügedən görüş bir müddət öncə Azərbaycanda başlanmış və ölkənin tanınmış soylarının nöqteyi-nəzərindən “Glenfiddich” brendinin ailə dəyərlərinin nümayiş etdirilməsinə yönələn “Family Run by Glenfiddich” layihəsi çərçivəsində keçiriləcək. Layihənin “Glenfiddich” tərəfindən təşkil olunması heç də təsadüfi deyil.
Belə ki, məhz dünyanın ən titullu arpa mayalanması vasitəsilə hazırlanan viski brendinin sahibi olan Qrant ailəsi nəsillərarası əlaqələri təmin etməyə və ailə biznesinin davam etdirilməsi ənənəsinin qorunub saxlanmasına nail olub. Fuad Axundov layihəyə ailə biznesini davam etdirən, həmçinin ailə ənənələrinə əməl edən bir sıra görkəmli nəsil nümayəndələrini cəlb edəcək. İlk görüşə qonaq qismində Azərbaycanın tanınmış neft sənayeçiləri nəsillərindənbirinin davamçısı olan Ramiz Aşurbəyov dəvət olunub. “Aşurbəyovlar – neft sənayesinin görkəmli simalarının mənsub olduğu zadəgan nəslidir. Nəslin nümayəndələri müxtəlif peşə sahibləri olublar: mülkədar, sahibkar, mesenat, elm xadimi və s. Aşurbəyovlar haqqında 2 verilişin müəllifiyəm və onların malikanəsinə çoxsaylı ekskursiyalar təşkil etmişəm”, - deyə görüşün iştirakçılarına adıçəkilən soyun zəngin tarixi, keçmişi və hazırkı durumu haqqında danışacaq Fuad Axundov bildirib. Qeyd edək ki, layihənin növbəti qonağı Azərbaycanın görkəmli Həsənovlar və Səfərəliyevlər soylarının nümayəndələri olacaq. Xatırladaq ki, “Family Run” layihəsinin təşkilatçısı şotland viski brendi olan “Glenfiddich”dir. “Glenfiddich” brendinin əsası alkoqollu içkilər üzrə mahir bilici sayılan Uilyam Qrant tərəfindən qoyulub. 1886-cı ildə o, Şotlandiyada analoqu olmayan yeni şotland viskisi yaratmaq qərarına gəlir. Cəmi bir il ərzində U. Qrant yeni viski istehsalı üzrə zavod qurmuş və onu qal dilindən tərcümədə “Maral vadisi” mənası verən “Glenfiddich” adlandırmışdır. Qrant nəslinin nümayəndələri hazırda da “Glenfiddich”in tarixinin başlandığı həmin zavoda rəhbərlik edirlər.
“William Grant & Sons” haqqında:
“William Grant & Sons Ltd” — şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: “Glenfiddich”, “The Balvenie”, “Tullamore D.E.W.”, “Grant's”. Azərbaycanda brendin rəsmi distributoru “El Trade” şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.