İnterbrand "Ən Yaxşı Qlobal Brendlər 2015" hesabatını açıqlayıb. Hesabat dünyanın 100 ən dəyərli brendlərini müəyyənləşdirir. Hesabata görə, Apple və Google dünyanın ən dəyərli brendləridir. Siyahıda 1-ci yeri tutan Apple brendinin dəyəri 170.276 milyard dollar qiymətləndirilir. Ötən bir ildə brendin dəyəri 43% artıb. 2-ci yeri tutan Google brendinin dəyəri isə 120.314 milyard dollardır.
Ötən bir ildə bu brendin dəyəri isə 12 faiz artıb. Bu il renkinqə 5 yeni brend daxil olmuşdur: Bunlar Lego (yeri 82), PayPal (yeri 97), MINI (yeri 98), Moët & Chandon (yeri 99) və Lenovo (yeri 100) brendləridir. Lenovo renkinqə daxil olan ikinci Çin brendidir. İlk dəfə 2014-cü ildə Huawei şirkəti (yeri 88) "İnterbrand"ın "Ən Yaxşı Qlobal Brendlər" renkinqinə daxil olmuşdu. Renkinqdə texnologiya və avtomobil brendləri çoxluq təşkil edir.
Ən dəyərli 10 brend (Top 10)
1. Apple (#1, +43%) 170,3 milyard dollar
2. Google (#2, +12%) 120,3 milyard dollar
3. Coca-Cola (#3, -4%) 78,4 milyard dollar
4. Microsoft (#4, +11%) 67,7 milyard dollar
5. IBM (#5, -10%) 65,1 milyard dollar
6. Toyota (#6, +16%) 49,05 milyard dollar
7. Samsung (#7, 0%) 45,3 milyard dollar
8. E (#8, -7%) 42,3 milyard dollar
9. McDonald’s (#9, -6%) 39,8 milyard dollar
10. Amazon (#10, +29%) 37,9 milyard dollar
Ən çox dəyəri artanlar
1. Facebook (#23, +54%)
2. Apple (#1, +43%)
3. Amazon (#10, +29%)
4. Hermès (#41, +22%)
5. Nissan (#49, +19%)
Yeni daxil olanlar
1. Lego (#82)
2. PayPal (#97)
3. MINI (#98)
4. Moët& Chandon (#99)
5. Lenovo (#100)


