Cristal Festival öz işlərini beynəlxalq markalara təqdim etmək və ən yüksək səviyyədə peşəkar təcrübəni paylaş üçün reklam və media sahəsində olan həmkarlar ilə görüşmək üçün unikal imkan təqdim edir. Cristal Awards 2016-ci ildə trend müəyyən edəcək ən yaxşı şirkətləri mükafatlandıracaq. 150 münsif heyətinə media və kommunikasiya üzrə mütəxəssislər və gələn il üçün partnyorlar seçən beynəlxalq brendləri təqdim edən şəxslər daxildir.



Nominasiyalar və reytinq tam reklam bazarının tendensiyasını əks etdirir: Media, Digital & Mobile, Brand Entertainment & Content, Marketing & Innovation, Film craft, Film, Consumer Marketing, Press, Outdoor, PR, Print Craft, Integrated, Design, Radio, Brand Culture, Sports Marketing, Corporate və the Internet of Things. 3900 iştirakçı 2014-cü ildə mükafat uğrunda mübarizə apararaq Cristal Festivalı ilin ən izlənilən festivalına çevirdi. Cristal Academy həmkarlar ilə il boyu əlaqə saxlamaq üçün unikal imkan təklif edir. Marketing & Data Cristal Academy marketinq sahəsində olan mütəxəssisləri birləşdirir. Brand Entertainment & Content Cristal Academy üzvləri 9 və 10 Dekabr tarixlərində keçiriləcək olan konfranslarda iştirak edərək müştəriləri festivala dəvət edə bilər və münsiflər heyətinin müvafiq kateqoriyasına daxil ola biləcəklər. Media Academy media strategiyasında yeni fikirləri və yenilikləri müzakirə edəcək və həmçinin müvafiq münsif heyətinə daxil olacaq. Bütün dünyadan olan yaradıcıların görüş yerinə çevrilən Creative Cristal Academy Film, Radio, Print Craft, Digital & Mobile, Integrated, Design və Film Craftnominasiyalarını qiymətləndirəcək.



Sports Marketing Cristal Academy müvafiq mövzulara başçılıq edəcək və festivalın tarixində ilk dəfə olaraq münsif heyətinin səsverməsini təqdim edəcək. Women Cristal Academy sənayedə olan qadın – liderləri toplayacaq, ilin qadınını elan edəcək və Dekabrın 10-da festivalda iştirak edən bütün qadınlara açıq olan nahar təşkil edəcək. Bənzərsiz münsiflər heyəti olan Reklamverənlər 2011-ci ildə yaradılıb və hər il 100-dən çox beynəlxalq brendi bir araya toplayır. Konfranslar və festivalın mövzuları: yaradıcılıq, marketinq və texnologiya sahəsində ilhamın möhtəşəm mənbəyi olacaq. Proqram iki hissəyə ayrılıb və bu günümüzün reklam sahəsində olan mövzuların fundamental əsasını əhatə edir. 2014-cü ildə festivalda 35 ölkədən 1100 nümayəndə iştirak etmişdi və hər il ünsiyyət səhər yeməyi, nahar, axşam yeməyi, kokteyl və şənliklər çərçivəsində davam edir. Courcheveldə keçirilən "Cristal Festival"ın bir hissəsi olmaq və öz təcrübənizi həmkarlarınız ilə bölümək istəyirsinizsə o zaman festivalda iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçin.



Cristal Festivalda iştirak etmək üçün: http://www.cristal-events.com/register/cristalfestival/



Crystal Academy üzvlüyünə akkreditasiya üçün: http://www.cristalfestival.com/en/attend/



Cristal Festival komandası ilə əlaqə saxlamaq üçün: