6 Noyabr tarixində "Milli İnsan Resursları Forumu" Azərbaycanın spiker və təşkilatçılarının ilk görüşü keçirilmişdir. Görüş Caspian Plaza, WOW Baku şirkətinin ofisində keçirildi. Görüşdə ilk öncə təşkilat komandasının üzvləri çıxış edərək, tədbir haqqında geniş məlumat verdi. Daha sonra spikerlər çıxış edərək, tədbir haqqında düşüncələrini və təkliflərini səsləndirdi. Tədbirin faydası önəmlə vurğulandı.
Bu kimi tədbirlərin ölkəmizdə davamlı və daha çox keçirilməsinin önəmindən danışıldı. Şirkətlərdəki mövcud İR problemləri və onların həlli yolları, gələcək planlar və perspektivlərdən söhbət açıldı. Daha sonra tədbir günü hər spiker öz mövzusu haqqında maksimum dolğun məlumat paylaşımı etməyin önəmindən danışıldı. Milli İnsan Resurlası Forumu Azərbaycan Facemark.az və Digitello Agencynin təşkilati dəstəyi ilə ilk dəfə keçirilir və Forumda 3 ayrı paneldə 6 spiker olmaqla 18 spiker iştirak edir. Mövzular isə, bu gün İR sahəsində ən aktual mövzulardandır. Ətraflı məlumatı tədbirin veb saytı www.az mirf.com ünvanından əldə edə bilərsiniz. Qeyd edək ki, tədbir 19 Dekabr 2015-ci il tarixində, Ambassador Hotel Bakuda keçiriləcək. Tədbirdə İR sahəsində peşəkar mütəxəssislər, bu sahədə ilk addımlarını atanlar, menecerlər, sahibkarlar və bu sahə ilə maraqlanan hər kəs iştirak edə bilər. İştirak biletlədir. Biletləri əldə etmək üçün 055 669 03 17 mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək mütləqdir.