New York Festivals "Torch Mükafatları" 2016-cı ilin qeyri-kommersiya partnyoru "Institute for Human Centered Design"dır. 16 dekabr 2015, Nyu York: 2016-cı ilin "Torch Mükafatları" işlərinin qəbulu üçün açıqdır. New York Festivals (NYF) 18-27 yaş arası yaradıcı talantları 3-cü illik Torch mükafatlarında iştirak etmək üçün dəvət edir. Torch mükafatları hər il müxtəlif yaradıcı yarışları araşdırır və ideyanı necə ərsəyə gətirmək barəsində mentor təlimlər verir. Bu ilki yarış Daxili Dizayn Yarışıdır. Bu il NYF Torch mükafatları 2016 üçün Institute for Human Centered Design (IHCD) ilə əməkdaşlıq edir.



IHCD bütün yaşda və qabiliyyətdə insanların dizayn vasitəsilə təcrübələrinin artırılmasına çalışır. "IHCD"nin əsas məqsədi daxili dizayn konseptinin tanınmasına böyük töhvə vermək və hər kəsin öyrənə biləcəyi bir dünya yaratmaqdır. Bir QHT kimi IHCD bu məqsədinə çatmaq üçün çox çalışır. "İHCD"nin icraçı direktoru Valerie Fletcher Torch mükafatları ilə olan əməkdaşlıq haqqında bunları qeyd edib: "İHCD Torch 2016 mükafatlarının qeyri-kommersiya partnyoru seçilməkdən məmnundur və bununla qürur duyur. Bizim misiyamız çox genişdir və biz insanların dizayn gücü haqqında necə düşündüyünü insaların həyatına dəyişə biləcək ən yaxşı istedada ehtiyac duyuruq". İlk əvvəllər Adaptive Environments (AE) kimi tanınan İHCD 1978-ci ildə qurulub. İHCD ailələrə və icmalara məkanların dizaynı ilə bağlı olan problemləri həll etmək məqsədi ilə işə başlayıb.



NYF İHCD ilə 2 səbəbdən əməkdaşlıq edir: İlk öncə, onlar "Hər kəsin daxil olduğu dizayn, insan haqqlarıdır" prosesinin pionerləridirlər. Biz onların "hər kəsin öyrənə biləcəyi dünya qurmaq" misiyalarını dəstəkləyirik. İkinicisi isə İHCD ilə əməkdaşlıq yarışmaya yeni aspektlər qatdı: hər kəsin zövqlə, iştirak edə və öyrənə biləcəyi bir daxili dizayn həyata keçirmək. "NYF"nin ayaq izləri 90-dan artıq ölkədə yayılıb. Daxili Dizayn Yarışının iştirakçıları rəqəmsal media üçün hazırladıqları, daxili dizaynın inkişafını və uğur hekayələrini göstərən yaradıcı konseptlərini nümayiş etdirəcəklər. 5 finalçı komanda öz ideyalarını təqdim etmək üçün Nyu Yorka dəvət ediləcəkdir. Səhnəyə çıxmamışdan öncə onlar öz işlərini öz mentorları ilə birlikdə intensiv sesiyalar zamanı səhmana salacaqlar. Mentorlar "New York Festivals Beynəlxalq Reklam Mükafatlarının" əsas jürisinin üzvləridir.



Komandaların öz ideyalarını səhnədə NYF və İHCD üzvlərindən ibarət jüriyə münayiş etdirmək üçün 10 dəqiqələri olacaq. Torch Mükafatları 2014-cü ildə gənc istedadların arasından ən yaxşısını çempion seçmək üçün yaradılıb. Gənc yaradıcılar öz işlərini göndərmək üçün İHCD tərəfindən həvəsləndirilir. Torch Mükafatlarına işləri göndərmək üçün ödəniş yoxdur. 18-27 yaş arası 2 nəfərdən 4 nəfərədək üzvü olan qruplar iştirak edə bilər. İşlərin daxili üçün son gün 15 fevral tarixidir. Finalçı komandalar aprelin 9-u elan olunacaq və 18 mayda Nyu Yorka dəvət olunacaqlar. 2016-cı il Torch Mükafatlarının qalibi canlı yayımda elan olunacaq və 19 mayda New York Showda öz kuboklarını əldə edəcəklər.



Ətraflı məlumat üçün zəhmət olmasa bu linkə keçin.


Mətbuatla bağlı bütün məsələlərlə Gayle Mandel: gmandel@newyorkfestivals.com ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz:


Tel: 1 212 643 4800