ALBUKART adsız debet kartı bazarda ilk unikal kartdır ki, bankda hesab açmadan maliyyə xidmətlərindən istifadə etmək üçün üstün imkanlar yaradır. Bu kart Sizin alıcı davranışınızı dəyişəcək və ölkə ərazisində, habelə dünyanın istənilən ölkəsində plastik ödəmə kartlarını qəbul edən bütün satış nöqtələrində alış-veriş etdiyiniz zaman Sizi nağd ödəmə yükündən azad edəcəkdir. Siz, həmçinin, internet-ödəmə və digər elektron ödəmə üsullarının vasitəsi ilə yeni elektron ticarət dünyasının yaratdığı üstünlüklərdən bəhrələnə bilərsiniz.