"Modern Marketing Group" tərəfindən biznes və marketinq sektorunda ilk dəfə olaraq onlayn təlim portalı www.marktube.az istifadəyə verildi. Artıq təlimə getmək üçün heç bir maneə qalmadı. İstifadəçi "marktube.az" saytına daxil olmaqla günün istənilən saatında istədiyi məkanda peşəkar təlimçilər tərəfindən hazırlanmış təlimləri izləyə bilər. Daha sonra istifadəçi izlədiyi təlimlərə uyğun onlayn imtahanda iştirak edə bilər. Əgər imtahandan uğurla keçərsə sertifikat əldə edəcək.



ARTIQ MARKTUBE.AZ VASİTƏSİLƏ



Şəhərdən kənar və regionlarda yaşayan insanların yaxınlığında istədikləri təlim və təlimçiləri olmayanlar


Həm işləyib, həm də karyerası üçün daha böyük hədəfləri olan insanlar təlimlərə ehtiyacı olduğu halda təlimə getməyə vaxt ayıra bilməyənlər


İş saatından və ya dərsdən sonra yorğun şəkildə təlimlərə getmək istəməyənlər


Gündüz vaxtı ya dərsdə, ya da işdə olduqları üçün təlimə getməkdə çətinliklərlə qarşılaşan əksər istifadəçilər


Axşam saatlarında olan təlimlərə ailələri tərəfindən narazılıqla qarşılandığı üçün gedə bilməyən xanımlar


Bu problemlərin heç biri olmasa belə, həftə sonu səhər tezdən oyanmaq istəməyən, dəqiqələrlə avtobus gözləmək və ya tıxacda qalmaq istəməyən insanlar



TƏƏSSÜFLƏNMƏYƏCƏK



Çünki, Marktube.az saytı bütün bu problemlərin həllidir. Marktube.az saytının üstünlüklərindən biri də istifadəçinin təlimi geniş auditoriyada deyil, fərdi şəkildə izləməsidir. Beləliklə də, istifadəçi auditoriya kompleksindən azad olacaq, təlimi tam mənimsəyə bilmək üçün ənənəvi təlim metodlarından fərqli olaraq təkrar-təkrar izləmə şansı əldə etmiş olacaq. Eyni zamanda, istifadəçi təlim zalında deyil ona ən rahat olan şəraitdə təlimdə iştirak edəcək. Bununla da, siz təlimə deyil, təlim sizə gələcək. Beləliklə marktube.az ilə siz təlim, məsafə, məkan və zamanda limitsiz olacaqsınız



Marktube.az Limit Sizsiniz


https://www.facebook.com/marktube.az


www.marktube.az