IB Club və Azərbaycan Dövlət İqtisad Universiteti təqdim edir: Kəpənək Effekti – Bizdən BİRİ. IB Club Edvard Lorenzin "Kəpənək Effekti" teoremi Azərbaycan Gənclərinin inkişafı məqsədilə Azərbaycana gətirir. "Kəpənək Effekti – Bizdən BİRİ" Gənclərin özlərini ifadə edə biləcəyi platformadır. Bu layihənin spikerləri uğurlu, məqsədli və paylaşmağı sevən Gənclərdir. Gəncliyin problemləri, uğura gedən yollar hekayə formatında Gənclərdən – Gənclərə ötürülməsinə şərait yaradan vasitə olacaq.



Bəs "Kəpənək Effekti"in iştirakçısı necə ola bilərik?



"Kəpənək Effekti" layihəsində iştirak sayı limitlidir. Layihədə YALNIZ seçimlər əsasında seçilmiş "IB Club" üzvləri və tələbələr, eləcə də xüsusi dəvət edilmiş qonaqlardan ibarət olacaq. İştirak tamamilə ÖDƏNİŞSİZDİR. Seçim istək məktubu əsasında aparılır. Layihədə iştirak üçün istək formunu doldurmaq lazımdır: http://goo.gl/forms/Q41VLRIwBS. Qeyd: sonuncu suala ətraflı cavab yazmağınız lazımdır. İstək məktublarının göndərilməsi üçün son tarix 02.03.2015-ci ildir. Adları açıqlanmış şəxslər dəvətnamələrini 04.03.2015 tarixinə qədər ofisimizə yaxınlaşaraq götürə bilər.



Kəpənək Effekti bir "IB Club" məhsuludur.



Daha Ətraflı:



Tel: 012 4803461, 055 2384008


Ünvan: Həsən Abdullayev 3A (İçərişəhər metrosu, Axundov bağının yanı)