“Microsoft” yeni təyinat barədə elan edib – Sərxan Həşimov “Microsoft”un Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinə seçilib. Yeni təyinat almış rəhbərin əsas vəzifələri biznesin ölkədə inkişafı, o cümlədən bulud texnologiyaları sahəsində, əsas tərəfdaşlar və sifarişçilərlə işgüzar əlaqələrin qorunub saxlanması, həmçinin dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın inkişafı və nümayəndəliyin komandasına rəhbərlik etməsindən ibarət olacaq. Sərxan Mərkəzi və Şərqi Avropada yeni bazarların inkişafına cavabdeh olan “Microsoft”un baş direktoru İrina Kozlovanın tabeçiliyi altında çalışacaq.



İKT sahəsində 12 il bundan öncə əmək fəaliyyətinə başlayan Sərxan Həşimov HP, “Oracle” və SAP kimi beynəlxalq şirkətlərdə çalışaraq karyera qurmağı bacarıb. O, iki il ərzində “Oracle” şirkətinin ən uğurlu əməkdaşlarından biri olub, SAP şirkətində isə o, 2015-ci ilin nəticələrinə əsasən, ən yaxşı işçilərdən biri seçilib.



Sərxan Həşimov iri miqyaslı layihələrin idarə edilməsi, məsləhətlərin təqdim olunması və biznesin inkişafı sahələrində geniş təcrübəyə, eyni zamanda bulud texnologiyaları, mobil tətbiqlər və şirkətin resurslarının idarə edilməsi (ERP) sahələrində geniş biliyə malikdir.



Sərxan Həşimov evlidir, bir oğlu var, asudə vaxtlarında professional şahmatla məşğul olur.



“Azərbaycan bazarı bizim şirkətin bulud və mobil texnologiyaları, platforma həlləri və birgə iş üzrə vəsaitlər kimi prioritet istiqamətlərini uğurlu inkişaf etdirməsi üçün lazımi xüsusiyyətlərə malikdir. Əminəm ki, missiyamızı icra edərək – insanlara və təşkilatlara daha çox nailiyyət qazanmaqda yardım göstərərək biz ölkə iqtisadiyyatına və cəmiyyətin inkişafına öz töhfəmizi verə biləcəyik”, - deyə Sərxan Həşimov bildirib.



“Microsoft” haqqında:



1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir.Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.