“AtaBank” ASC təcili pul köçürmə xidmətləri çeşidini genişləndirərək ilkə imza atıb. Bu gündən etibarən, “AtaBank ASC”nin müştəriləri “Xəzri” sistemi üzrə pulköçürmələrini həyata keçirə bilərlər. Yenilik isə ondan ibarətdir ki, “AtaBank” ölkəmizdə Xəzri sisteminə qoşulan ilk bankdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Xəzri beynəlxalq sürətli pul köçürmə sistemi Kapital Bank tərəfindən 2007-ci ildə yaradılıb. Bu sistem Azərbaycanda, Rusiyada, Ukraynada, Gürcüstan və Tacikistanda ümumilikdə 3500-dən artıq xidmət məntəqəsində tətbiq olunur.
Pul köçürmə xidmətlərini "AtaBank"ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür. Əlavə olaraq bildirmək istəyirik ki, “AtaBank”ın filiallarında pul köçürənə və ya alana 1 manatdan 5 manatədək mobil danışıq dəqiqələri hədiyyə olunur. 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün “AtaBank” ASC yüksək texnologiyalı universal bank hesabedilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
“AtaBank” xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər www.atabank.com saytını və ya sosial şəbəkədə səhifəsini ziyarət edə bilər: www.facebook.com/atabank.
