İdeya Qazandı işgüzar realiti şou, Azərbaycan TV məkanına yenilik gətirmiş bir layihədir. İdeya Qazandı verilişində 16-35 yaş arası gənclər münsiflərin qarşısında öz ideya və ya fəaliyyət göstərən bizneslərini təqdim etməklə maliyyə dəstəyi ala bilir. 30 mart 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində SABAH Qrupları üçün verilişin yeni mövsümünün təqdimatı keçirildi. Təqdimata biznes qurmaqda həvəsli gənclər dəvət olunmuşdur. Təqdimat zamanı veriliş haqqında ətraflı məlumat verildi, iştirak üçün necə müraciət qaydaları müzakirə olundu və gənclərin sualları cavablandırıldı.
Layihənin məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığı gənclər arasında həvəsləndirmək, düzgün iş qurmağı öyrətmək, biznes etikasını aşılamaqdır. İdeya Qazandı işgüzar verilişi ATV televiziya kanalında yayımlanacaq. İdeya Qazandı verilişinin ötən mövsümündə gənclər əlində pul ilə investisiya meydanından ayrıldı. Xatırladaq ki, bu günə kimi İdeya Qazandı verilişində 5 nəfər öz layihəsi üçün maliyyə vəsaiti ala bilib.
Verilişin ikinci mövsümünə ərizə qəbulu davam edir. Yeni mövsümə maraq çox böyükdür. Ərizə qəbulu Aprelin sonunadək davam edəcək. Müraciət etmək istəyən gənclər daha ətraflı məlumat almaq üçün İdeya Qazandı İşgüzar Tele-müsabiqəsinin rəsmi Facebook səhifəsindən istifadə edə bilərlər. Layihəyə müraciət etmək üçün səhifədə ərizə formasını doldurub göndərmək kifayətdir. Müsbət qiymətləndirilmiş ərizələr müsahibədə iştirak etdikdən sonra çəkilişlərə dəvət olunacaq. Nəzərinizə çatdıraq ki, İdeya Qazandı televiziya layihəsi AR Gənclər və İdman Nazirliyi, Paşa Bank ASC və “Youth Inc” Gənclərin Sahibkarlıq Proqramı tərəfindən dəstəklənir.
Xatırladaq ki, Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı DVC, Gənclər və İdman Nazirliyi və “Coca-Cola” şirkətinin birgə layihəsidir. "Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının məqsədi Azərbaycanda biznes-inkubasiya metodlarından istifadə edərək gənc sahibkarlığa dəstək olmaqdır. Proqram çərçivəsindəbu günə qədər 8 müxtəlif biznes-layihə dəstəklənib, 5 minə yaxın gənc təlimləndirilib. “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı haqqında ətraflı məlumatı www.youthinc.az saytından əldə etmək mümkündür.
Əlavə məlumat üçün
https://www.youtube.com/user/ideyaqazandi
ideyaqazandı@gmail.com
0502168183 / 0502000688