Aprelin 20-də Bakıda dünya şöhrətli şotland viski brendi sayılan “Grant’s”ın dəstəyi ilə azərbaycanlı yazıçı Natella Osmanlının təsis etdiyi “NO Club” klubunun üzvlərinin növbəti görüşü təşkil olunacaq ki, tədbir iştirakçıları Azərbaycanda startap sahəsində cari vəziyyəti, mövcud problemləri və tendensiyaları müzakirə olunacaq.
Qapalı formatda keçiriləcək tədbir tanınmış startap müəssisləri, investor və sahibkarları bir araya yığacaq. Tədbirin əsas məqsədi təcrübə mübadiləsi, həmçinin startap sahəsinin tendensiyaları, onların maliyyələşdirilməsi və iqtisadiyyatın müxtəlif sektorlarında xüsusiyyətlərə həsr olunmuş müzakirələr aparmaqdır.
“NO Club”un üzvlərinin və qonaqlarının görüşü “WilliamGrant&Sons” şirkətinin #IOU (IOweYou) adlı qlobal konsepsiyası çərçivəsində təşkil olunacaq ki, tədbirdə iştirak edən startapçı və ya sahibkar onların həyatına xüsusi bir rəng qatan və ya biznesinə dəstək verən insanlara minnətdar olduğunu ifadə edə bilərlər. Bu, valideynlər, dostlar və ya iş yoldaşları ola bilər.
«“NO Club” – maraqlı və mühüm mövzular ətrafında aparılan müzakirələri sosial şəbəkələrdən kənara çıxarmaq, yəni sözdən əmələ keçmək üçün əla bir fürsətdir. Bəzən bizim apardığımız diskussiya nəticəsində müxtəlif problemlərin həll yolları ortaya çıxır. Məsələn, artıq baş tutmuş görüşlərimiz çərçivəsində incəsənət adamlarını dəstəkləmək arzusunda olanlar, heyvanlar sığınacağına vəsait ayırmaq və ya mühüm bir məlumatı geniş auditoriyaya çatdırmaq istəyənlər tapılıb. Ümid edirəm ki, bizim növbəti görüşümüz Azərbaycanda sözü gedən sahənin inkişafına öz töhfəsini verəcək və yeni startapçılara ideyalarını həyata keçirməyə kömək edəcək», - deyə Natella Osmanlı bildirib.
Xatırladaqki, #IOU Afrika, Asiya, Avropa, Şimali və Latın Amerikasının 40-dan çox ölkəsində 25 sentyabr tarixində həyata nümayiş keçirilib. Qısametrajlı filmi 2015-ci ilədək sosial şəbəkələrdə və onlayn mediada bir sıra tədbirlər müşayiət edəcək. #IOU çarxı (https://www.youtube.com/watch?v=Kh1-4yc0OiE&feature=youtu.be) həyatda bir- birinə dəstək olan güclü və müvəffəqiyyətli bir qrup dostu göstərir. Film düşünməyə əsas verən bir sualla bitir: “Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmı siz çox şeyə nail olmusunuz?”.