Bilirəm ki, daha məhsuldar olmaq istəyirsiniz, hədəfləriniz var, həyatı daha ciddi yaşamaq isdəyir, həm özünüzə, həm də digərlrəinə faydalı olmağı arzulayırsınız. Bunu hardanmı bilirəm? Burda hazırda bu yazını oxuyur olmağınızdan.
Biz özümüzü çox aldadırıq, düşündüyünüzdən də çox. Bu aldatmaların bəziləri çox da zərərli olmasalarda, amma ciddi neqativ təsiri və nəticələri olanları da var. Və bu gün sizinlə bunlardan birini paylaşmaq istəyirəm.
Biz özümüzü nə qədər çox işlədiyimiz, hədəflərimiz, həyatımızı daha yaxşıya dəyişmək, digərlərinə kömək etmək, töhfə vermək üçün nə qədər çox vaxt sərf etdiyimizlə bağlı aldadırıq. Və çox hallarda bunun fərqində də, olmuruq. Bu isə bizim ümidimizi itirməyimizə, özgüvənimizin zəifləməsinə, daha neqativ bir ruh halına bürünməyimizə səbəb olur günbəgün və bu gedişin sonu da sizin və mənim kimi, insanların arzuladığı bir dayanacaq deyil bilirsiniz. Bununla bəs necə mübarizə aparmalı deyirsinizsə bu məqalədəki metod sizə kömək edəcək.
İlk öncə bunu sizinlə paylaşmaq və bir daha özümə xatırlatmaq isdəyirəm ki baxışımızı dəyişək və razılaşaq iki mövzuda…
Biz vaxtı idarə edə bilmərik. Bu mifə inanmayaq artıq. Vaxtı idarə etmək kimi qarşısına bir hədəf qoymaq illuzyalara aparır sadəcə bizi. Biz sadəcə özümüzü idarə edə bilərik, yəni diqqətimizi, maraqlarımızı, və enerjimizi.
Bir gün ərzində, kitablarımızın, dərs materiallarımızın, laptomuzun arxasında keçirdiyimiz misal üçün 3 saat əslində bizim o gün üç saat işlədiyimiz anlamına gəlmir əsla. Bundan sonra əsla və əsla nə qədər kitabxanada, neçə saat iş masamızın arxasında oturduğumuza görə dəyərləndirməyəcəyik nə qədər çalışdığımızı. Yəni… Özümüzdən soyuq sualı soruşacaq və buna cavabımız nədirsə o qədər müddət işlədim, yazdım, oxudum, araşdırdım, dinlədim, izlədim, deyəcəyik.
Laptopum, kitab-dəftərimlə, keçirdiyim vaxtın nə qədərini lazım olan, hədəflərimə aparacaq işlərə sərf edirəm və nə qədərini sadəcə netdə gəzməyə, düşünməyə, (necə olacaq, yox alınmayacaq, bəlkə başqa bir işə başlayım, yox mən bunu bacarmaram, keçmişdən xatirələr və.s) telefonumla oynamağa, sosial media hesablarımı yoxlamağa və bənzər məşğuliyyətlərə sərf edirəm? Yəni çalışmaq üçün ayırdığım vaxtın, nə qədərini, fokuslaşmış, və işimə konsantrasya olmuş olaraq keçirirəm?
Heç bu sualı soruşursunuzmu özünüzdən? Heç maraqlanırsız mı işin sonunda və ya günün sonunda müsahibəyə çəkirsinizmi özünüzü, gözdən keçirirsinizmi günü necə keçirtdiyinizi, hansı vəziyyətlərdə zəif olduğunuzu, diqqətinizin yayındığını, internetdə daha çox lazımsız yerə gəzindiyinizi?
Bunu ölçmək, öyrənmək, analiz etmək biraz mürəkkəb səslənə bilər amma çox sadə bir metodla, alətlə biz bunu çox əla bacara bilərik.
Bu gün sadəcə sizinlə soyuq sualı deyil həmçinin bu sualın icraatını və nəticə almağın yolunu da, paylaşacağam.
Əgər doğurdanda ciddi olaraq performansınızı və məhsuldarlığınızı artırmaq və hər gün daha uğurlu olmaq isdəyirsinizsə, və bunun üçün etməli olduqlarınızı etməkdə istəklisinizsə həqiqətəndə o zaman buyurun ….
Bunu edə bilmək üçün lazım olan lojistika isə bir qələm və kağız parçasıdır.
Bu sadə bir metoddur amma etmək disiplin, diqqət, dürüstlük, cəsarət reallığı görmək və qəbul etmək üçün və istək tələb edir.
Hər gün, ən önəmli işinizi etməyə başlayarkən saata baxın və başladığınız anı yazın o kağız parçasına. Və davam edin işləməəyə nə vaxt, o işdən ayrılsanız və başqa məşğuliyyətlərə dalmış halda görsəniz özünüzü bu anda saata baxın və yenə ilk mərhələnin bityişi kimi saat neçədirsə qeyd edin kağıza.
Bunu günün sonuna qədər davam etdirin və sonda hesablayın ən önəmli işləriniz üçün nə qədər vaxt sərf etmisiniz. Bu sizə çox net, şəffaf olaraq göstərəcək gündəlik əslində neçə saat işlədiyinizi.
Yo, Yoo bunu ömür boyu etmək məcburiyyətində deyilsiniz. Sadəcə bir həftə və ya on gün davamlı edin və bundan sonra qərar verin bunu etmək sizə faydalıdır yoxsa yox və eynilə də davam etmək lazımdırmı yoxsa yox.
Bir müddət bunu etdikdən sonra daha sonralar hər gün etməyə də ehtiyyac qalmayacaq və yazmadan da tam dəqiq olmasada təxmini hesablaya və ölçə biləcəksiniz performansınızı.
Amma yazmaq çox fərqli və çox daha effektlidir.
Bu həmdə sizə harda, hansı hallarda həvəslərinizə kənardan diqqətinizi cəlb edənlərə məğlub olduğunuzu görəcək, sizin məhsuldarlığınızı azaldan, zərər verən və çox da səthi olmayan amma cidddi olaraq sizə davamlı geri salan vərdişlərinizi tapacaqsıznız, daha doğrusu bunlar , 3d bir rəsmə baxarkən oradakı rəsmin bir anda aydınlanması və nə olduğunu gördüyünüz andakı kimi bir kəşf anı yaşadacaq sizə. Və bunu da öyrəndikdən sonra əlbətdəki daha məhsuldar, inamlı və uğurlu olacaqsınız. Niyə? Çünki harda nələrin sizə rotanızdan ayırdığını, bunu necə bacardığını, və nə etsəniz bunun öhdəsindən gələ bilərsiniz öyrənəcəksiniz. Ehtiyacınız olacaq bütün silah sursatınızla, sizə yönəlmiş olacaq bu hücumlara (mesajlar, bildirimlər, önəmsiz zənglər, emaillər, videolar, sensasiyalı xəbərlər və.s) qarşı hazır olacaq və əlbətdə günbəgün qalibiyyətinizin sayını artıracaqsınız.
Bunun mükəmməl olmasını hədəfləməyin, hətta başlanğıcda gün ərzində sadəcə iki dəfə belə qeyd almış olsanız belə bu da uğurdur. İlk başlayarkən, bəzən hətta unuda bilərsiniz yazmağı nə vaxt başladığınızı misal üçün. Və ya heç yazmaya bilərsiniz, günün sonunda yadınıza düşə bilər ki, siz bu metodu sınamağı özünüzə söz vermişdiniz. Bunları yazıram sizlər üçün burda ona görə ki, istəmirəm bu yazdıqlarımdan hansısa olarsa, bunu özünüz üçün stress qaynağına çevirəsiniz. Günümüz həddən ziyadə dolu olur, bəzən hardan başlayacağımızı da bilməyə bilirik, baş verən sürpriz önəmli və təcili bizdən qərar, seçim və icraat gözləyən hadisələr. Bunun üçün də, onsuzda gün ərzində digər lazımlı vəya lazımsız məşğuliyyətlər və hadisələr tərəfindən sorulan enerjinizin birazı da, bunu etmədiyiniz üçün özünüzü tənqidə, danlamaya, mən özümə verdiyim heç bir sözü onsuzdakı heç vaxt tam tuta bilmirəm və.s kimi neqativ düçüncələrə, daxili söhbətlərə səbəb olmasın. Qısaca unuda bilərsiniz və bu normaldır. Bunun üçün də, nə bu metodunda sizə faydası olmayacağını düşünməyin sınamadan, nə bacarmayacağınıza dair bir qənaətə gələməyin, nə də, bu sizi neqativliyə sürükləməsin.
Sonda isə bunu demək isdəyirəm ki, bunun ən ideal icraatı sizə ən uyğun olanıdır. Yəni bunu sadəcə üzərində işlədyiniz bir hədəf, layihəyə tədbiq edə bilərsiniz, və ya, iki, üç.
Başlanğıc olaraq sadəcə birinə, ən önəmli olana tədbiq etmək daha effektli olar deyə düşünürəm, amma yenə də, siz özünüz sınayın və necə daha yaxşı nəticələr verirsə o cür də, davam edin və ehtiyac olarsa da, prosesəsə görə dəyişiklik edərsiniz.