Bakıda azərbaycanlı yazıçı Natella Osmanlının təsis etdiyi “NO Club” klubunun üzvlərinin növbəti görüşü keçirilib. Dünya şöhrətli şotland viski brendi sayılan “Grant’s”ın dəstəyi ilə təşkil olunmuş görüşdə tədbir iştirakçıları Azərbaycanda startap sahəsinin cari vəziyyətini, mövcud problemlərini və tendensiyalarını müzakirə ediblər. Qapalı formatda keçirilən tədbir tanınmış startap müəssislərini, investor və sahibkarları bir araya yığıb. Tədbirin əsas məqsədi – təcrübə mübadiləsi, həmçinin startap sahəsinin tendensiyaları, onların maliyyələşdirilməsi və iqtisadiyyatın müxtəlif sektorlarında xüsusiyyətlərə həsr olunmuş müzakirələr aparmaqdır. “NO Club”un üzvlərinin və qonaqlarının görüşü “William Grant&Sons” şirkətinin #IOU (I Owe You) adlı qlobal konsepsiyası çərçivəsində təşkil olunub ki, tədbirdə iştirak edən startapçı və sahibkarlar onların biznesinə dəstək verən insanlara minnətdar olduğunu ifadə edə biliblər. Belə ki, zərgərlik, kitab, gül, restoran və digər sahələrdə biznes yaradan startapçılar valideynlərinə, dostlarına və iş yoldaşlarına minnətdarlığını bildiriblər ki, startaplar məhz bu insanların sayəsində həyata keçirilib.
“Əslində, klub iştirakçılarının görüşləri – faydalı əlaqələrdir, insanlar bir biri ilə yaxından tanış olur, müzakirələr zamanı gələcək əməkdaşlıq və ya birgə layihələr ərsəyə gəlir. Mənə elə gəlir ki, uğurlu startap müəlliflərinin görüşündən sonra tədbir iştirakçıları arasında gələcək əməkdaşlıq imkanlarının təməli qoyulub”, - deyə Natella Osmanlı bildirib.
Qeyd edək ki, “NO Club” – maraqlı və mühüm mövzular ətrafında aparılan müzakirələri sosial şəbəkələrdən kənara çıxarmaq, yəni sözdən əmələ keçmək üçün əla bir fürsətdir. Artıq baş tutmuş görüşlər çərçivəsində incəsənət adamlarını dəstəkləmək arzusunda olanlar, heyvanlar sığınacağına vəsait ayırmaq və ya mühüm bir məlumatı geniş auditoriyaya çatdırmaq istəyənlər tapılıb.
Xatırladaq ki, #IOU Afrika, Asiya, Avropa, Şimali və Latın Amerikasının 40-dan çox ölkəsində 25 sentyabr tarixində həyata nümayiş keçirilib. Qısametrajlı filmi 2015-ci ilədək sosial şəbəkələrdə və onlayn mediada bir sıra tədbirlər müşayiət edəcək. #IOU çarxı (https://www.youtube.com/watch?v=Kh1-4yc0OiE&feature=youtu.be) həyatda bir- birinə dəstək olan güclü və müvəffəqiyyətli bir qrup dostu göstərir. Film düşünməyə əsas verən bir sualla bitir: “Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmı siz çox şeyə nail olmusunuz?”.
