Advert - MEC Azerbaijan reklam agentliyi və Modern Hospitalın "Mən Yaşamağa Başladım" adlı birgə layihəsi fevral ayından internet istifadəçilərinə təqdim olunub. Layihə piylənmənin insan orqanizminə fiziki və mənəvi olaraq göstərdiyi mənfi təsirlərdən bəhs edərək, bir neçə qəhrəmanın sağlamlığı üçün başladığı mübarizəni özündə əks etdirir. Layihənin iştirakçılarının üz tutduğu bariatrik əməliyyat - dəfələrlə artıq çəkidən azad olmağa çalışan, müxtəlif üsullardan istifadə edən, yalnız heç bir nəticə əldə etməyən insanların son ümid yeridir.
Onlayn realiti-şou olduğu üçün layihə Modern Hospitalın Facebook səhifəsi və YouTube kanalında yayımlanaraq, 6 ay davam etməklə hər bir qəhrəmanın iradəsi, rastlaşdığı çətinliklər və nəhayət əldə etdiyi nəticəni insanlarla paylaşaraq, özünə qapanan, piylənmə nəticəsində həyatdan küsən və həyatını tam yaşamayan insanlar üçün bir dərs və ümid yeri olacaq. Bundan əlavə layihə boyunca bariatrik əməliyyat keçirmiş və nəticədə bir çox sağlamlıq problemlərindən azad olmuş və hətta, əməliyyatın köməyi ilə ümid etmədiyi arzularına çatmış insanların həyat hekayəsini anladan "xoşbəxt hekayə" adlı qısametrajlı video çarxlar da təqdim olunacaq.
Layihənin məqsədi adından da bəlli olduğu kimi, hər bir iştirakçının qarşısına qoyduğu hədəfin fiziki və psixoloji olaraq qət etməsi və nəhayət "Mən Yaşamağa Başladım" şüarının təsdiqləməsidir.
Ümid edirik ki, hal hazırda bütün dünyada "Səssiz Epidemiya"adını daşıyan piylənmə mövzusunu bu yöndən insanlara göstərərək müasir-mədəni həyatın ən böyük problemlərindən birinə toxunmuş və bu problemin ciddiliyini xatırlatmış olacayıq.




