Mayın 12-də Bakıda dünya şöhrətli şotland viski brendi sayılan “Grant’s”ın dəstəyi ilə azərbaycanlı yazıçı Natella Osmanlının təsis etdiyi “NO Club” klubunun üzvlərinin növbəti görüşü təşkil olunacaq ki, tədbir iştirakçıları Azərbaycan kinematoqrafıyasının mövcud problem və tendensiyalarını müzakirə edəcək.
Qapalı formatda keçiriləcək tədbir kino sahəsi ilə bilavasitə əlaqəsi olan insanları bir araya yığacaq. Tədbirin əsas məqsədi təcrübə mübadiləsi, həmçinin kino sahəsinin mövcud problem və tendensiyalarını müzakirə etməkdir.
“NO Club”un üzvlərinin və qonaqlarının görüşü “William Grant&Sons” şirkətinin #IOU (I Owe You) adlı qlobal konsepsiyası çərçivəsində təşkil olunacaq. Minnətdarlıq ideyasının təməli brendin DNT-sində qoyulub və ondan ibarətdir ki, tədbir iştirakçıları onların həyatına xüsusi bir rəng qatan və ya dəstək verən insanlara minnətdar olduğunu ifadə edə bilərlər. Bu, valideynlər, dostlar və ya iş yoldaşları ola bilər.
“Kino – incəsənətin ən önəmli növüdür”. Fikrimcə, indiki dövrdə insanlar “Facebook” statusundan iri olan mətnləri oxumağa tənbəllik edirlər, məhz bu səbəbdən gələcək ekranlaşdırılmadadır. Təzəlikcə bizim “gənc” kinomuz festivallarda iştirak etməyə və kassa toplamağa başlayıb. Tamaşaçılar ekranlarda özlərini görmək istəyir və bu da normaldır. Ssenarilər və fikirlər mövcuddur, lakin peşəkarlıq və maliyyələşdirmə məsələlərində hələ də boşluqlar var. Hər halda, mənə kənardan belə görsənir. Əslində nə cür olduğunu isə kinematoqrafiya ilə bilavasitə əlaqəsi olan insanlar danışacaq – kimsə uğurları ilə bölüşərək kimin və ya nəyin sayəsində sözügedən sahəyə gəlməsi barədə, kimsə isə rejissorlara kimin dəstək verməsinin əhəmiyyətindən danışacaq“, - deyə Natella Osmanlı bildirib.
Qeyd edək ki, “NO Club” – maraqlı və mühüm mövzular ətrafında aparılan müzakirələri sosial şəbəkələrdən kənara çıxarmaq, yəni sözdən əmələ keçmək üçün əla bir fürsətdir. Artıq baş tutmuş görüşlər çərçivəsində incəsənət adamlarını dəstəkləmək arzusunda olanlar, heyvanlar sığınacağına vəsait ayırmaq və ya mühüm bir məlumatı geniş auditoriyaya çatdırmaq istəyənlər tapılıb.
Xatırladaq ki, #IOU Afrika, Asiya, Avropa, Şimali və Latın Amerikasının 40-dan çox ölkəsində 25 sentyabr tarixində həyata nümayiş keçirilib. Qısametrajlı filmi 2015-ci ilədək sosial şəbəkələrdə və onlayn mediada bir sıra tədbirlər müşayiət edəcək. #IOU çarxı (https://www.youtube.com/watch?v=Kh1-4yc0OiE&feature=youtu.be) həyatda bir- birinə dəstək olan güclü və müvəffəqiyyətli bir qrup dostu göstərir. Film düşünməyə əsas verən bir sualla bitir: “Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmı siz çox şeyə nail olmusunuz?”.