“ABU Arena” idman kompleksində “Coca-Cola Məktəbli Kuboku” irimiqyaslı futbol turnirinin 2015/2016 mövsümünün qalibi müəyyənləşib. Qeyd etmək lazımdır ki, artıq 5 ildir "Coca-Cola" şirkəti, AFFA və Azərbaycan Təhsil Nazirliyi şagirdlər arasında "Coca-Cola Məktəbli Kuboku" futbol turnirini təşkil edirlər.
“Coca-Cola Məktəbli Kuboku”nun finalına vəsiqə qazanmaq uğrunda 14 region və 2 Bakı komandası mübarizə aparıb ki, nəticədə turnirin əsas mükafatı uğrunda yarımfinalda oyun sonrası penaltilər seriyasında Sumqayıt komandasını məğlub edən Mingəçevirin 10 saylı və digər yarımfinalda Saatlı komandası üzərində qələbə qazanan Ağstafanın 2 saylı orta məktəblərinin komandaları güclərini sınayıb.
«“Coca-Cola” şirkəti bütün dünya üzrə cəmiyyətin dayanıqlı inkişafına öz töhfəsini verir və “Coca-Cola Məktəbli Kuboku” məktəblilərin futbol çempionatları vasitəsilə uşaqlıq yaşlarından fəal və sağlam həyat tərzinin inkişafına yönəldilmiş proqramlardan biridir. Sevindricidir ki, “Coca-Cola Məktəbli Kuboku” turnirin Azərbaycandakı coğrafiyası hər il genişlənir, iştirakçıların sayı isə artır. Əminəm ki, sözügedən turnirin məzunları gələcəkdə Azərbaycan milli yığma komandasının oyunçuları sırasında yer alacaq», - deyə “Coca-Cola”nın bu təşəbbüsünü şərh edən xanım Seher Poyrazoğlu bildirib.
“ABU Arena” idman kompleksində keçirilən final qaçılaşmasında Mingəçevir komandası Ağstafanı 6:0 məğlub edərək yarışın çempionu adını qazanıb. Turnirin bürünc mükafatına isə Sumqayıtın 29 saylı orta məktəbinin komandası layiq görülüb. Sözügedən oyunu izləyənlər sırasına AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Azerbaijan Coca-Cola Bottlers”inmarketinq üzrə direktoru xanım Seher Poyrazoğlu, Təhsil Nazirliyinin nümayəndələri, “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov, futzal üzrə milli yığma komandanın üzvü Vitali Borisov, həmçinin futbol üzrə Azərbaycan yığma komandasının üzvləri də qatılıb. Qeyd edək ki, final qarşılaşması “CBC Sport”telekanalı ilə canlı yayımlanıb.
Final matçından dərhal sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Məktəbli futbolçulara kubok, fəxri diplom və xatirə hədiyyələri tədqim olunub. Bununla yanaşı, “Coca-Cola Məktəbli Kuboku” turnirinin 2015/2016 mövsümünün “ən yaxşı oyunçu” adına Ağstafanın 1 saylı orta məktəbinin komandasının oyunçusu Turan Məmmədov, “ən məhsuldar oyunçu” adına Mingəçevirin 10 saylı məktəbinin komandasının hücumçusu Fərda Yusifov, “fair play” nominasiyasının qalibi adına isə Saatlının 4 saylı məktəbinin komandasının futbolçusu Atabala Şirəliyev layiq görülüblər.
VII və IX siniflər arasında keçirilən bu turnirdə hər il təxminən 200 min məktəbli iştirak edir. Ümumilikdə, 5 il ərzində yarışda iştirak edənlərin sayı 1 milyondan artıq olub ki, bu da gənclər arasında fəal və sağlam həyat tərzinin təbliğində mühüm rol oynayır.
Təqdirəlayiqdir ki, IX siniflər arasında keçirilən "Coca-Cola Məktəbli Kuboku" 2014/2015 mövsümünün qalibi olmuş Səbail rayonunun 163 saylı məktəbinin komandası mayın 29-dan iyunun 5-dək Fransanın Lans və Lill şəhərlərində təşkil olunacaq "EURO FOOT Jeunes" məktəblilər arasında Avropa Çempionatında Azərbaycanı təmsil edəcək.
Uzun illər ərzində Olimpiya Oyunları, FIFA Dünya Çempionatı və UEFA Avropa Çempionatı kimi qlobal yarışların əsas dəstəkçisi qismində çıxış edən "Coca-Cola" şirkəti Azərbaycanda keçirilmiş futbol üzrə 17 yaşadək gənclər arasında Avropa Çempionatının rəsmi tərəfdaşı qismində çıxış edib.
Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı, yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan “Coca-Cola” şirkəti insanların fəal və sağlam həyat tərzinə cəlb olunması üçün bütün dünyada müxtəlif idman proqramları, çempionat və turnirləri dəstəkləyir. “Coca-Cola Məktəbli Kuboku” futbol turniri Azərbaycanda ildən-ilə daha çox uşağı fəal həyat tərzinə cəlb edən unikal bir məktəbli idman proqramıdır.
“Coca Cola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com