İyun ayinin 15-İ Akademik Milli Dram Teatrında (Azdrama) “Abırrı Oğlanlar”ın “Муж-tuluğ” adlı komedi konsert tamaşası baş tutacaq.



İndiyə qədər mövcud bütün komedi konsert tamaşalardan fərqli olaraq “Abırrı Oğlanlar”ın səhnələndirdikləri tamaşalar səhnəciklərdən ibarət deyil – iki hissəli tam tamaşalardır.



Arzulanan yumor – komediyada yeni dalğa.



Hamilə olan qadını həyat yoldaşı illərdir müştəri üzü görməyən doğum evinə çatdırır. Uşaq doğulur, amma, uşağı ordan çıxartmaq üçün tələb olunan məbləğ o qədər böyük olur ki, kişi nə uşağını, nə də, həyat yoldaşını xəstəxanadan çıxarda bilir. Tamaşa boyu ər min bir yolla ailəsini xəstəxanadan çıxartmağa çalışır. Yaranan absurd vəziyyət olduqca böyük maraq və böyük gülüş doğurur. Sonda nəticələrin necə olacağına isə tamaşaçı şahidlik edəcək.



Truppanin adi “Abırrı Oğlanlar” olduğu üçün qadin obrazlarını da kişilər canlandıracaq.



Bədii rəhbər – Elşad Zarafatsiz


Prodüser – Ramil Adiloğlu


Media Partnyor – Admedia