22 gənc sahibkar və bizneslə məşğul olmaq istəyən tələbə "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin fəaliyyəti ilə tanış olmaq üçün "Coca-Cola" zavoduna təşkil olunan turda iştirak ediblər.



"Coca-Cola" şirkəti, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilən "Youth Inc." gənc sahibkarlıq proqramı çərçivəsində baş tutmuş məlumat turunda biznes bacarıqlarını inkişaf etdirmək istəyən gənclər yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan "Coca-Cola" şirkətinin fəaliyyəti ilə daha yaxından tanış olublar və biznes fəaliyyəti ilə bağlı praktiki biliklər qazanıblar.



“Coca-Cola”nın Azərbaycanda həyata keçirdiyi sosial inkişaf strategiyasının istiqamətlərindən biri cəmiyyətin rifahının yaxşılaşdırılması naminə gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmaqdır. 2013-cü ildən həyata keçirilən "Youth Inc." proqramı şəxsi bizneslərini yaratmaq istəyən gənclərin təşəbbüslərinin dəstəklənməsi əsasında Azərbaycanda gənc sahibkarlığın inkişafı üçün yaradılıb. “Coca-Cola”nın "Youth Inc." proqramı çərçivəsindəki fəaliyyəti Azərbaycanda gənclərin təhsil və bizneslərinin inkişafının dəstəklənməsinə yönəldilib. "Coca-Cola" hesab edir ki, cəmiyyətin iqtisadi rifahının yüksəldilməsi və ölkənin dayanıqlı inkişafına yardım baxımından gənclərə yatırılan investisiyalar vacibdir. “Youth Inc.”in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes-layihələr həyata keçirib, 5 minə yaxın gənc seminarlarda iştirak edib, proqramın nümayəndələri 3 beynəlxalq forumlarda təqdimat keçiriblər.



Məlumat turunda gənclər ən müasir avadanlıqlarla təchiz olunmuş zavodun əsas iş prosesləri ilə yaxından tanış olub. "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin aparıcı mütəxəssisləri tərəfindən sərinləşdirici içkilərin istehsalı, qablaşdırılması, istifadə olunmuş suyun yenidən təmizlənməsi və s. haqda tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, "Coca-Cola" Azərbaycana investisiya yatıran ilk transmilli şirkətlərdən biridir. Şirkət 1994-cü ildə Türkiyədə yerləşən "Coca-Cola İçəcək" tərəfindən "Azərbaycan Coca-Cola Bottlers"in təsis edilməsi ilə fəaliyyətə başlayıb. Məhsul istehsalının müxtəlif mərhələlərini yaxından izləyən gənclərə məlumat verilib ki, 2015-ci ildən etibarən zavod yenidənqurma işlərindən sonra 6 müasir istehsal xətti ilə fəaliyyətini gücləndirib.



Zavodun keyfiyyətə nəzarət şöbəsinin müdiri Aydın Qurbanov istehsal edilən sərinləşdirici içkilərin çeşidləri və bu məhsulların hazırlanmasında istifadə olunan yüksək keyfiyyətli inqrediyentlərin alınması proseslərindən danışıb. Turun gedişində iştirakçılar üçün "Azerbaijan Coca-Cola Bottlers" şirkətinin insan resursları departamentinin nümayəndəsi Kamil Babayev tərəfindən master-klass təlimi keçirilib. Şirkət nümayəndəsi “Coca-Cola”nın insan resursları strategiyası, gənc sahibkarların gələcəkdə insan resurslarının idarəsi üzrə üzləşə biləcəkləri çətinliklər barədə ətraflı danışıb və bu sahədə praktiki məsləhətlərlə bölüşüb. “Coca-Cola” zavoduna təşkil olunmuş məlumat turu ilə bağlı videonu izləmək mümkündür:





“Youth Inc.” proqramının məqsədi Azərbaycanda biznes-inkubasiya üsullarının istifadəsi ilə gənclərin sahibkarlıq fəaliyyətinə dəstək olmaq, ölkədə kiçik və orta biznesin inkişafına töhfə verməkdir. Şəxsi biznes-ideyasını həyata keçirmək istəyən gənclər üçün proqramın əsas mərkəzinə çevriləcək "Youth Inc." Biznes İnkubasiya Mərkəzi artıq fəaliyyətdədir və mərkəz gənc sahibkarlara geniş spektrli xidmətlər göstərir. "Youth Inc." proqramı haqqında daha ətraflı məlumatı www.youthinc.az saytından əldə edə bilərsiniz.



“Coca Cola” şirkəti haqqında:


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.