Beynəlxalq alimlər qrupu yeni prosessor təqdim ediblər. Rays Universiteti, Berklidəki Kaliforniya UniversitetiSinqapur Texniki Universiteti, həmçinin İsveçrənin Elektronika və Mikrotexnologiya Mərkəzindən olan əməkdaşların hazırladığı qurğu bütün analoqlarından 15 dəfə artıq enerji effektivlik göstəricisi ilə fərqlənir. 

Qeyd olunur ki, mütəxəssislər prosessoru “qeyri-dəqiq” etməklə belə uğurlu nəticələr əldə etməyə nail olublar. Qurğuda məlumatlarla əməliyyatlar aparan bir neçə blok çıxarıldığından prosessor hesablamalarda xətalara yol verməyə başlayıb. Alimlər potensial xətaları 8%-dən çox olmayaraq məhdudlaşdırıblar. Lakin belə “qeyri-dəqiqliklər” səbəbindən prosessorun səmərəlilik və enerji effektivliyi dəfələrlə artmışdır. 

Yeni prosessorları gələn ildən etibarən bir sıra elektron qurğularda quraşdırmaq planlaşdırılır. Onların məktəbli planşetlərinin də əsası olacağı istisna olunmur.