Stenford Universitetinin ikinci kurs tələbəsi Coş Brauder London və Nyu-York sakinlərinə park cərimələrə etiraz etməyə kömək edən "DoNotPay" adlı "vəkil-robot" yaratdı. O, avtomobil sahiblərinə tamamilə pulsuz park cərimələrə qarşı etiraz edən proqram hazırlamışdır. Bunun üçün chat bot əvvəlcə avtomobilin parkına aid sadə suallar verir, sonra isə apelyasiya şikayəti verməyə kömək edir.



Mövcudluğunun ilk 21 ayı ərzində robot vəkil 250 min işə baxmış və onların 160 minini udmuşdur. Ümumilikdə o 4 milyon dollara qənaət etməyə kömək etmişdi. “Düşünmürəm ki, park cərimə alan insanlar qanunvericiliyi pozmağa çalışırlar. Məncə yerli hökumət onları əlavə gəlir mənbəyi kimi istismar edir”, - Brauder bildirib.



Hələlik robot vəkilin xidmətlərindən yalnız London və Nyu-York sakinləri yararlana bilər. Lakin tezliklə Brauder layihə miqyasını genişləndirərək robotu Sietildədə buraxmaq niyyətindədir. Tələbə bununla kifayətlənməyərək öz robotuna digər ölkələrin qanunvericiliyini də öyrətməyi planlaşdırır.



Coş Brauder əmindir ki, robot həmçinin, qaçqınlara yeni ölkənin hüquq sistemini öyrənməyə kömək edə bilər.