Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti iki superkar vasitəsilə Bakının sürət həvəskarlarına tam pulsuz olaraq unudulmaz anlar yaşadıb.
Bu ilin iyulun 2-də saat 12:00-dan 18:00-dək “Uber” şirkəti “Audi R8” və ya “Maserati Coupe” sportkarlarını şəxsi sürücü ilə şəhərin sakinlərinin və qonaqlarının qapısına göndərib. Bununla da istifadəçilər sözügedən unikal idman avtomobillərinin birində şəhəri gəzərək öz təəssüratlarını bölüşmək imkanını əldə ediblər.
Qeyd edək ki, “Uber” şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Hazırda Bakı sakinləri və ölkə paytaxtının qonaqlarına “uberX” kütləvi seqment üçün xidmət mövcuddur. Tariflər barədə ətraflı məlumat: https://www.uber.com/cities/baku/.
“Uber” şirkəti haqqında:
“Uber” – şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini göstərir. MDB ərazisində “Uber” Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı https://www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.