Microsoft korporasiyası Windows 8 və Windows Server 8 əməliyyat sistemlərinin sonuncu beta-versiyalarını istifadəçilərin ixtiyarına verib.


Windows 8-in yeni versiyası Release Preview, Windows Server 8-in isə Release Candidate statusu ilə işıq üzü görüb. Bu versiyalardan sonra 2012-ci ilin sonunadək korporasiya əməliyyat sisteminin sonuncu versiyasını buraxacaq.
 
Windows 8 ƏS-də əsas yeniliklər “start” düyməsindən imtina edilməsi, poçt istifadəçisi, ünvan kitabçası, fotoalbomlar meneceri, eləcə də Windows Store-da edilən dəyişikliklərdən ibarətdir. Bundan əlavə, Windows 8 istifadəçilərə bir neçə ekranla işləməyə imkan verir, habelə Adobe Flash texnologiyasını dəstəkləyir.  
Microsoft-a məxsus yeni əməliyyat sistemində Metro interfeysi, barmaqlar vasitəsilə idarəetmə üçün optimallaşdırılan əlavələr sinfi, eləcə də vahid Windows Store əlavələr mağazası yer alıb.
Yeni versiyanı rəsmi saytdan yükləmək olar.