Həmkarımız İlham bəy özünün video bloqunda “Böhrandan Yeni Dövrana” kitabı haqqında danışıb. Elə indicə 8 dəqiqəlik videonu izlədim. Kitabı oxumaq istəyənlərçün qısa vaxtda çox maraqlı izah edib İlham bəy. Ümumiyyətlə, Siz də bilirsiniz ki, video günümüzün trendidir. İnsanlar get-gedə təmbəlləşir və bu biznes üçün yeni imkanlar açır. Buna təmbəllik yox, zamanın effektiv idarəsi də demək olar. Siz məhsul və xidmətinizlə insanların vaxtını maksimum daha az almağa çalışmalısınız. Xatırlayırsınızsa, mən kitab haqqında daha uzun yazmışdım. Düşünürəm ki, o yazını 8 dəqiqəlik video da rahat əvəz edə bilər. Təbii ki, oxumağı xüsusi sevən adamlar da var. Aşağıda Sizə İlham bəyin video bloqunu təqdim edirəm. Və kitaba verdiyi şərhlər üçün İlham bəyə təşəkkürlərimi bu bloq vasitəsilə çatdırıram.