“AzerbaijanCoca-ColaBottlers” şirkəti yay mövsümü ilə əlaqədar olaraq qazlı və qazsız “Bonaqua” suyuna yeni qiymətlər elan edib.



Belə ki, 0,5 litrlik qazlı və qazsız “Bonaqua” suyunun tövsiyə olunmuş satış qiyməti 40 qəpikdən 30 qəpiyə endirilib. 5 litrlik qablaşdırmada daha öncə 1,70 manata təklif olunan “Bonaqua” suyunun tövsiyə olunmuş satış qiyməti isə hazırda 1,20 manat təşkil edir.



“Yay fəsli sərinləşdirici içkilərin mövsümü sayılır və istehlakçı tələbinin artmasını nəzərə alaraq biz daha çox insanın bizim yüksək keyfiyyətli sərinləşdirici məhsullarımızdan zövq alması üçün çalışırıq. Yeni qiymət siyasətinin başlıca məqsədi hər bir evi və hər bir istehlakçını yüksək keyfiyyətli, “Möhtəşəm Dad” beynəlxalq mükafatına layiq görülmüş “Bonaqua” suları ilə təmin etməkdir”, - şirkətdən verilən məlumatda qeyd olunur.



Xatırladaq ki, “Bonaqua” içməli suyu Belçikada yerləşən Beynəlxalq Dad və Keyfiyyət İnstitutu (“The International Taste & Quality Institute” – iTQi) tərəfindən “Superior Taste Award” (“Möhtəşəm Dad”) mükafatına layiq görülüb. “Superior Taste Award” mükafatına layiq olan məhsul onun dünya şöhrətli, Mişlen ulduz sahibləri olan aşpaz və qida ekspertləri tərəfindən qiymətləndirilərək dad keyfiyyətlərinin yüksək standartlara uyğun olmasını bildirir. “Bonaqua” suyu dünyanın ən iri sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətinin 500 brendindən biri olmaqla “Azerbaijan Coca-Cola Bottlers” tərəfindən istehsal edilir.



Qeyd edək ki, “Bonaqua” məhsullarının istehsalı prosesində tanınmış Şollar suyundan istifadə edilir. Təhlükəsizlik və ən yaxşı dad keyfiyyətlərinin təminatı üçün su mərhələli şəkildə təmizlənir. Son məhsul formasında alıcılara təqdim edilən “Bonaqua” suyu Azərbaycanda qida sənayesində mövcud qanunvericiliyin tələblərinə tam uyğun olmaqla yanaşı, bütün beynəlxalq keyfiyyət standartlarına, o cümlədən “Coca-Cola” şirkətinin daha yüksək tələb və normalarına cavab verir.



“Azerbaijan Coca-Cola Bottlers” 1994-cü ildən etibarən fəaliyyət göstərərək ölkədə “Coca-Cola” şirkətinin məhsullarının rəsmi istehsalçısıdır. “Coca-Cola”nın Azərbaycandakı zavodu alkoqolsuz içkilərin istehsalı üzrə ən müasir texnologiyalarla təchiz olunub və hazırda 9 adda yüksək keyfiyyətli brend içkilərinin istehsalını həyata keçirir.



“Coca Cola” şirkəti haqqında:


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.