Bentley şirkəti balıqçılıq həvəskarları üçün nəzərdə tutulan lyuks yolsuzluq avtomobilinin yeni versiyasını - “Bentayga”nı təqdim edib. Modifikasiya Bentayga Fly Fishing adını almışdır. Balıq tutmaq və avtomobil üçün aksesuarlar Mulliner tuning ekspertləri ilə birlikdə əl ilə yaradılmışdır.





Avtomobil balıq tutmaq üçün lazım olan dəstlə təchiz olunmuşdur. Bentayga Fly Fishing-in baqajında üç bölmə vardır: böyük sandıqça-çanta, qəlyanaltılar və içkilər üçün konteyner və çəkmələr üçün su keçirməyən qutu. Yeni modifikasiya avtomobilin satışa çıxarılma vaxtı məlum deyil.









İlk Bentley krossoverin təqdimatı ötən il Frankfurt avtosalonunda olmuşdur. Bentley Bentayga 608 at gücünə malik 6 litrlik W12 benzin mühərriklə təchiz olunmuşdur. Bu mühərrik avtomobilə 4,1 saniyə ərzində 100km/saat sürət yığmağa və 301 km\saat maksimal sürətə çatmağa imkan verir. Avtomobilin satışlarına bu il başlanılıb.