Londonun İmperiya kolleci İspaniyanın Viqo Universitetinin alimləri insan orqanizmində xəstəliyin erkən mərhələlərdə aşkar edilməsi məqsədilə yüksək həssaslı biosensor hazırlanması istiqamətində işlərini davam etdiriblər. 

Biosensor orqanizmdə mövcud olan bu və ya digər xəstəliyin inkişafının ilkin mərhələsi haqqında məlumat verən molekulları – xüsusi biomarkerləri aşkar edir. Qeyd olunur ki, artıq biomarkerlərə reaksiya verən bir neçə ötürücülər – sensorlar mövcuddur, lakin ingilis və ispan alimlərinin hazırladıqları qurğu son dərəcə yüksək həssaslığı ilə seçilir. 

Alimlər biosensoru artıq bir neçə dəfə testdən keçiriblər və onun klinik sınaqlarına başlamağa hazırlaşırlar. Yeni qurğunun kütləvi istehsalı haqqında qərar isə yaxın gələcəkdə müəyyənləşəcək.