“Bild” alman qəzetinin məlumatına görə, Volkswagen avtonəhəng rəhbərliyi öz şirkətlərinin əməkdaşlarına iş zamanı məşhur oyun Pokemon GO-nu oynamağı qadağan edib.
Şirkət qadağa üçün əsas kimi, oyunun əməkdaşların diqqətini yayındırmasını və işə mane olaraq, qəza riskini artırmasını qeyd edib. Bundan əlavə, şirkət virtual personajların müəssisə ərazisindəki ovunun informasiya məxfiliyinə təhlükə yaradacağından qorxur.
Dünyada Pokemon GO oyunu zamanı artıq onlarla qəzalar baş vermişdir. İlk belə hadisələrdən biri ABŞ-da proqramın App Store-da yayımından yarım saat sonra qeydə alınmışdır: oyuna aludə olmuş oyunçu qarşısında xəndəyi görməyərək, yıxılmış və ayağını zədələmişdir.
Oyunçuları zədələrdən qorumaq üçün, oyun yaradıcıları hətta orada xəbərdarlıq mesajları yerləşdirmişlər. Burada əsasən, təhlükəli və ya kənar şəxslərə qadağan olan ərazilərə daxil olmamaq kimi mesajlar yer almışdır. Həmçinin, sükan arxasında oyunu oynamamaq kimi xəbərdarlıqlar da vardır.